Məhkəmə qərarları › İş №3(010)-5332/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5332/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5332/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Balandin, 42 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 14 noyabr 2023-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 22 sentyabr 2014-cü ildə verilmiş 24 iyul 2014-cü il tarixli 2(010)- 3866/2014 nömrəli icra vərəqəsinə əsasən 15 noyabr 2004-cü il təvəllüdlü X4 və 24 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün borclu Şəxs 30 may 2014-cü ildən başlayaraq hər ay hər bir uşağa görə 103 manat olmaqla sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən görünür ki, icra sənədi müvafiq icra sənədi üzrə 02 oktyabr 2014-cü ildə icraata başlamaq haqqında qərar verilmiş, borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı borclu Şəxs bildiriş göndərilmişdir. Lakin borclu aliment ödənişlərinin bir qismini etdiyinə baxmayaraq. Qalan borcunu ödəməyib. Bununla bağlı icra məmurunun təqdimatına əsasən Suraxanı Rayon Məhkəməsinin qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, həmçinin Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin müvafiq dövrdə qüvvədə olmuş 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 05 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Buna baxmayaraq o, aliment borcunu tam ödəməmiş və bu gün üçün borcu 4.165 manat təşkil edir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin adına icra sənədinin icrasına yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək qeyd etmişdir ki, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzinə əsasən o, 500 manat məbləğində ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah edir. İcra sənədinin icrasından yayınmadığını bildirmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tələbkarın xeyrinə 500 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar