Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5333/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində X5 iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin X5 xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2022-ci ildə qəbul olunmuş MN seriyalı ******* nömrəli qərarla X4 torpaq sahəsində məqsədli təyinatına uyğun olmayan tikinti işləri apardığına görə Azərbaycan Respublikası İXM-nin 247.2 maddəsi ilə təqsirli bilinib 500 manat miqdarında cərimə edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən həmin X5 işə xx.xx.2022-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə Azərbaycan Respublikası Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsində baxılmasına dair bildiriş almış və həmin bildirişdən sonra rəsmi olaraq Əmlakı Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri Ruslan Əliyevə müraciət məktubu göndərdikdən sonra xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana inzibati tənbeh verilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarla İXM-nin 247.2-ci maddəsi rəhbər tutulmaqla o, torpaq sahəsindən təyinatına uyğun olmayan tikinti işləri apardığına görə 500( beş yüz) manat cərimə olunmuşdur. O, Qarabağ Qazisidir və 2 övladı hərbiçidir və müharibə veteranıdırlar. Torpaq sahəsi aldıqdan sonra üzərində yarım tikili olmuş və həmin torpaq sahəsinin təyinatı kənd təssərüfatı olduğu üçün xx.xx.2022-ci il tarixdə rəsmi olaraq Əmlak Komitəsinə torpağın təyinatının dəyişdirilməsi ilə əlaqədar olaraq müraciət etmiş və bununla bağlı məlumatı Daşınmaz Əmlaka bildirsə də, sonuncular buna əhəmiyyət verməmiş və inzibati tənbeh haqqında qərar qəbul etməklə, cərimə tətbiq edilmişdir. Belə ki, məhkəmə baxış keçirərsə, onun torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olmamasının şahidi olar və onun dedikləri öz həqiqətin tapa bilər. Bundan başqa torpağa baxış keçirərkən iştirakı olmamış və akt tərəfindən imzalanmamışdır. O, torpaq sahəsini vətəndaşa satarkən üzərində tikili olmuş və onun tərəfindən tikintinin edilməsi və ya torpağın təyinatı üzrə istifadəsi olmaması ilə əlaqədar o, mülkiyyətçi olmadığına görə inzibati tənbeh vermə haqqında qərar ona münasibətdə tərtib olunan bilməz. Qarşı tərəf protokol tərtib etmədən öncə evə baxış keçirməli və tikintinin tikilməsi ilə bağlı ətraflı məlumat almalı idi. Protokol tərtib olunarkən ona məlumat verilməli və rəsmi şəkildə təqdim olunmalı idi. xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarın göndərilməsi tərəfin işinə məsuliyyətsiz kimi yanaşması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edilən xüsusatlara əsasən hesab edir ki, barəsində tərtib edilmiş qərar qərəzlidir və qanunsuzdur. Bu hal qanunsuzdur və iddia edilən nöqsan ona münasibətdə deyil, torpağın üzərində yaşayış evi tikən, mülkiyət hüququ olan və istifadəsində olan şəxs aşkar edilərək sonuncuya münasibətdə tərtib edilməli idi. Halbuki, torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcud deyil və yarımçıq tikili onun tərəfdən tikilməmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, baxmayaraq ki, tikinti işlərinə özü başlamayıb, lakin sözügedən torpaq sahəsini əldə etdikdən sonra orada olan yarımtikilinin tikintisini davam etdirmişdir. Bu zaman torpaq sahəsinin kənd təsərüfatlı torpaq sahəsinin olduğunu bilməmişdir, belə ki, qonşuluqda olan bütün torpaq sahələrində yaşayış evləri inşa edilmişdir. İnzibati protokol tərtib etmiş orqana rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə, ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X5 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki Suraxanı rayonu inzibati ərazi dairəsində yerləşən Hövsan zeytunçuluq sovxozunda X2 icarəsində olan 0.004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayan tikinti işləri apardığına görə Azərbaycan Respublikası İXM-nin 247.2 maddəsi ilə təqsirli bilinib 500 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, X2 adına icarə hüququ ilə yüklü edilən Abşeron rayonu, 1№-li Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X5 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X5 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X5 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, qanunvericilik X5 protokolu sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* saylı X5 Protokoldan görünür ki, X1 rayonu inzibati ərazi dairəsində yerləşən Hövsan zeytunçuluq sovxozunda sonuncunun icarəsində olan 0.004 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayan tikinti işləri aparmış, nəticədə Azərbaycan Respublikası İXM-nin 247.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin barəsində X5 iş üzrə qərar çıxarılmış şəxs X4 məhkəmə iclasında vermiş olduğu izahatda sözügedən torpaq sahəsini aldıqdan sonra orada olan yarımtikilinin tikintisini davam etdirdiyini etiraf etmişdir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X5 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5333/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5333/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver