Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5336/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, İnzibati xəta haqqında ptrotokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 04 avqust 1980-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Uber” taksi şirkətində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 25-26 noyabr 2022-ci il tarixləri üzrə inzibati qaydada tutulmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin sahə inspektoru polis leytenantı X5 tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində idarə etdiyi “Honda Civic” markalı **-DN-*** dövlət nömrə nişanlı avtomobildə X4 əxlaqsız təkliflər etmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, bir ildir ki, taksi fəaliyyəti ilə məşqul olur, təxminən 1 aydan artıq müddətdir ki, Uber şirkətinə qoşulmuş və şirkətə məxsus “Honda Civic” markalı **-DN-*** dövlət nömrə nişanlı avtomaşını idarə edir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Uber mobil tətbiqi vasitəsi ilə göndərilmiş sms əsasında qeyd olunan ünvana, yəni Xətai rayon Polis İdarəsinin inzibati binasının yaxınlığında tanımadığı bir nəfər xanım müştəri qismində idarə etdiyi “Honda Civic” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmişdir. Sifarişə əsasən onu Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsinə aparmaq üçün hərəkət etmişdir. Yol boyunca həmin xanım onunla söhbət etməyə başlamış və şöhbət əsnasında həmin xanım bu həyatda yeyib icrnək lazım olduğunu, ürəyindən xəngəl yemək keçdiyini dedikdə, gürcü xəngəlinin daha dadlı olduğunu bildirmiş, söhbət əsnasında həmin xanım onu evinə dəvət etdikdə hal-hazırda iş başında olduğunu, halhazırda gələ bilməyəcəyini, həfdə sonu evinə qonaq gələcəyini bildirmişdir. Əlaqə saxlamağı üçün özüsı məxsus ***-***-**-** saylı nömrəsini demiş və özünü ona təqdim edən zaman adını, soyadını və ata adını bildirmişdir. Həmin vaxtı onu mənzil başına çaldırdığı üçün həmin xanım gediş haqqına uyğun ödənişi edib avtomaşından düşüb getmişdir. O, heç bir ictimai qaydanı pozmamış, kimsəyə qarşı əxlaqsız təkliflərlə müraciə etməmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında ptrotokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, Əmircan qəsəbəsi A.Rzayev küçəsi ev 43 ünvanında yaşayan X6 AR DİN-nin 102 xidmətinə və 31-ci PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində "Uber‘ taksi şirkətinə məxsus "Honda Civic" markalı **-DN-*** d.q.n-lı maşının sürücüsü X3 yolda ona əxlaqsız təkliflər etdiyini göstərmişdir. Ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X7 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. X1 məhkəmə baxışında iştirak etməsinə dair müraciət etsə də, sonuncu məhkəmə prosesində iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində AR İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmə aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. Məhkəmə iclasınla izahat vermiş Şəxs ona istinad edilən inzibati xətanı törətmədiyini, hər hansı ictimai qaydanın pozulmadığını bildirmişdir. Məhkəmə nəzərə alır ki, AR İXM-in 510-cu maddəsinin dispozisiyasına əsasən ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilir və inzibati məsuliyyətə səbəb olur. Beləliklə, qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquq pozuntusuna yol verməlidir; 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır və ya; 3) fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməlidir. Məhkəmə, qeyd olunan hüquq normasının əsaslarını şərh etməyi zəruri hesab edir. Bunun üçün, ilk növbədə, ictimai qayda və hüquq qaydaları anlayılarına, onların əsaslarını sarsıdan hüquq pozuntusu, inzibati hüquq pozuntusunun tərkibi və elementləri, ictimai qaydanın və hüquq qaydasının mühafizəsinin təmin edilməsində polis əməkdaşlarının vəzifələrinin həddləri, polis əməkdaşlarının tələblərinin qanuni əsasları kimi anlayışlara aydınlıq gətirmək zərurəti vardır. Məhkəmə təcrübəsində ictimai qayda və hüquq qaydası anlayışları bir çox hallarda fərqləndirilmir ki, bu da nəticə etibari əmələ hüquqi qiymət verilməsində səhvlərə yol açır. İctimai qayda – qüvvədə olan qanunvericiliklə, adətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgəyaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Hüquq qaydası- konkret hüquq normalarının praktiki realizə edilməsi nəticəsində yaranan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Bir tərəfdən onu hüquqi tənzimlənmənin məqsədi, yəni qanunvericinin müəyyən qaydaların bərqərar olmasına yönəlmiş fəaliyyəti kimi qəbul etmək olar. Bu halda o, realizə olunmuş qanunçuluq statusuna malik olur. Digər tərəfdən isə hüquq qaydasını hüquqi tənzimləmənin nəticəsi kimi qəbul etmək olar. Bu halda o, hüquqla ictimai münasibətlərin faktiki olaraq tənzimlənmiş vəziyyəti kimi çıxış edir. Dövlət hüquq qaydasının həm vacib elementi, həm zəruri şərti, həmdəki qarantıdır. Beləliklə, hüquq qaydası hüququn və hakimiyyətinin vəhdəti, onların qarşılıqlı təsirinin nəticəsidir. Bu elə bir qaydadır ki, onda ictimai, siyasi və dövlət həyatının subyektlərinin hüquqi vəziyyəti və qarşılıqlı ünsiyyəti qəti olaraq qanunlarla müəyyən edilir və dövlət hakimiyyəti tərəfindən qorunur. İctimai qaydanın və hüquq qaydasının fərqli sosial-normativ əsasları və təmin olunması qaydaları vardır. Belə ki, ictimai qaydanın bərqərar olunması üçün bütün sosial normaların (mənəviyyat normalarının, adətlərin, dini normaların) vəhdəti tələb olunduğu halda, hüquq qaydası hüququn və qanunçuluğun vasitəsilə bərqərar olur. İctimai qayda bütün cəmiyyət tərəfindən təmin olunduğu halda, hüquq qaydası dövlətin məcburi gücü vasitəsilə təmin olunur. Hüquq pozuntusu - şəxsin dövlətə, cəmiyyətə və digər şəxslərə qarşı təqsirkar, qanunazidd fəaliyyəti ilə (fəaliyyətsizliyi ilə) zərər yetirmək kimi müəyyən edilir. Hüquq pozuntusu ictimai təhlükəliyi ilə səciyyələnir. İnzibati xəta hüquq pozuntu olaraq qanunda nəzərdə tutulan ictimai-təhlükəli əməldir. O, ümumi-məcburi normaların pozulması nəticəsində yaranır. İnzibati xətanın əlamətləri və xüsusiyyətləri xətanın tərkibini təşkil edən elementlərin təhlili əsasında müəyyən edilir. İnzibati hüquq pozuntusunun tərkibi - bu, hər bir hüquq pozuntusunu əks etdirən, onun ən ümumi, tipik və əhəmiyyətli əlamətlər sistemidir, yəni bütün hüquq pozuntularına şamil edilən, hüququ pozan şəxsi hüquqi məsuliyyətə cəlb etmək üçün səbəb olan, hüquq pozuntusunun əlamətlər sistemidir, harada ki, heç olmasa birinin yoxluğuna görə, şəxs məsuliyyətə cəlb oluna bilməz. Hər bir hüquq pozuntusunun mütləq elementləri aşağıdakılardır: hüquq pozuntusunun obyekti; hüquq pozuntusunun obyektiv tərəfi; hüquq pozuntusunun subyekti; və hüquq pozuntusunun subyektiv tərəfi. İnzibati hüquq pozuntusunun obyekti - bu, qanun tərəfindən nizamlanan və qorunan pozulmuş ictimai münasibətlərdir; İnzibati hüquq pozuntusunun obyektiv tərəfi - bu, hüquq pozuntusuna səbəb olan fəaliyyətdir (qanuna zidd hərəkət və ya hərəkətsizlikdir); İnzibati hüquq pozuntusunun subyekti - bu, hüquq pozuntusunu törətmiş tərəfdir (qanunun müəyyən etdiyi yaş həddinə çatmış və əqli sağlam şəxs, və ya hüquqi şəxs); İnzibati hüquq pozuntusunun subyektiv tərəfi – bu, insanın törətdiyi hüquq pozuntusuna intellektual (zehni) münasibətidir. Göstərilən elementlər vahid konteksdə mövcud olmalı və onların birinin mövcud olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Məhkəmə, ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan inzibati xətanın subyekti tərəfindən ictimai qaydanın pozulmasına və ya onun tərəfindən fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin etməsinə dair heç bir sübut təqdim etməmişdir, inzibati xəta haqqında protokolda ümumi sözlərlə bu hərəkətlərin mövcud olmasını qeyd etməklə kifayətlənmişdir. Məhkəmə, işin faktiki hallarını araşırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarına qeyd olunan elementləri pozulmamışdır. Beləliklə, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin dispozisiyasının vacib elementi olan ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər mövcud deyildir. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs hərəkətlərində AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5336/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5336/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver