Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5337/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun, X2 X1 iştirakları ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X11 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(010)-294/2021 saylı icra vərəqəsinə əsasən X5 xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İlyasova (Mahmudova) Dilbər Rasim qızına ödənilməsini qət etmişdir. X3 dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(010)-294/2021 saylı icra vərəqəsinə əsasən X5 xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İlyasova (Mahmudova) Dilbər Rasim qızına ödənilməsini qət etmişdir. X3 icra məmurunun qanuni tələblərini icra etmədiyinə görə artıq bir dəfə inzibati məsuliyyətə cəlb edilmiş, Suraxanı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 3(010)-222/2022 nömrəli qərarına əsasən X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilmişdir. Qərar qəbul edildikdən sonra borclu barəsində yenidən bütün icra tədbirləri həyata keçirilmiş, yenidən ona borcun ödənilməsinin zəruriliyi izah edilmiş, lakin bu tədbirlərin heç bir nəticəsi olmamışdır. Nəticə etibarı ilə borclu barəsində hazırki inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, X3 dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, hazırki vaxtadək ödəniş etməmişdir. Borclunun hazırki aliment borcu 4800 manat təşkil edir. Məhkəmədə izahat vermiş X3 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(010)-294/2021 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İlyasova (Mahmudova) Dilbər Rasim qızına ödənilməsini qət etmişdir. Hazırda onun 4800 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Alimentin ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır. Məhkəmədə izahat vermiş tələbkar X8 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(010)-294/2021 saylı icra vərəqəsinə əsasən X5 xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini qət etmişdir. İş üzrə borclu alimenti ödəməkdən imtina edir. Bunun nəticəsində o, uşağının elementar maddi tələbatlarının ödənilməsindən belə məhrum olunmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 28 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(010)-294/2021 saylı icra vərəqəsinə əsasən X6 aliment borcu yaranmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 3(010)-222/2022 nömrəli qərarına əsasən X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmənin Qərarında qeyd olunmuşdur ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə X9 cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 28 noyabr 2022-ci il saat 17:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5337/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5337/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver