Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5339/2022 29.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 16 sentyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində idarə etdiyi “Mercedes Benz E220CDİ” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Heydər Əliyev adına X9 istiqamətindən “Sabunçu dairəsi” istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, təhlükəsizlik qaydalarına əməl etməmiş və bu zaman onunla eyni hərəkət istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “Renault Megane” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “Renault Megane” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarəti yetirilmişdir. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə inzibati əsasən inzibati tənbeh tədbirləri tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 vasitəsilə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, 2 ildir ki, özünə məxsus “Mersedes Benz E 220 CDİ” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 16 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində o idarə etdiyi avtomobil ilə Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə yol hərəkət zolağının soldan birinci hərəkət zolağda saatda təxminən 100 km sürətlə hərəkət etdiyi zaman anidən soldan ikinci hərəkət zolağı ilə hərəkət edən bir “Opel” markalı avtomobil “Audi A4” markalı avtomobilin hərəkət zolağına çıxmış və qəza şəraiti yaratmışdır. “Audi A4” markalı avtomobilin sürücüsü idarə etməni itirərək qarşıda eyni hərəkət zolağı ilə hərəkət etmiş “Renault Megane” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş və “Renault Megane” markalı avtomobil öz növbəsində onun idarə etdiyi avtomobilin sağ hisssəsi ilə toqquşmuş və nəticədə avtomobilin sol hissəsi isə solda yerləşən dəmir arakəsməyə dəyərək dayanmışdır. Toqquşma nəticəsində heç bir xəsarət almamışdır, lakin ‘'Renault Megane” markalı avtomobildə sərnişin qismində əyləşən şəxs xəsarət almışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyytədə və yüksüz olmuşdur. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyytədə və yüksüz olmuşdur. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı sərxoş olmamışdır. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 1134 saylı rəyindən görünür ki, X3 bədən səthində döş qəfəsinin ön səthinin yumşaq toxumasının hematoması və ağrı sindromu ilə müşayiət olunan sağ bazu oynağı nahiyyəsinin ön səthinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindın törənmişdir, 16 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AD seriyalı, 075230 saylı sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-5339/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5339/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver