Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5340/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətindən Suraxanı rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X2 xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, “Renault Megane” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 xx.xx.2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi avtomobil ilə Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə yol hərəkət zolağının üçüncü hərəkət zolağda saatda təxminən 95 km sürətlə hərəkət etdiyi zaman anidən arxadan eyni hərəkət zolağı ilə hərəkət edən Şəxs idarə etdiyi “Audi A4” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 idarə etdiyi “Renault Megane” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş və həmin toqquşma nəticəsində sonuncunun idarə etdi avtomobil sürüşərək soldan birinci hərəkət zolağı hərəkət edən “Mersedes Benz” markalı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində X4 idarə etdiyi “Renault Megane” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X5 xəsarət almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 lazımi qaydada məlumat göndərildiyinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırki iş üzrə toplanılmış ilkin materiallar əsasında Suraxanı RPİ-nin İŞ-də araşdırma aparılmışdır və xx.xx.2022-ci il tarixli Qərar ilə toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuş, sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərar Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1134 saylı rəyinə əsasən X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin yumşaq toxumasının hematoması və arrı sindromu ilə müşayiət olunan sar bazu oynağı nahiyəsinin ön səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişin qismində avtomaşınların toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sarlamlırın qısa müddətə pozulmasına səbəb olan sarlamlıra yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Yol X6 36-cı maddəsinə əsasən sürücü yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloci şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5340/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5340/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver