Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-535/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar “Bank of Baku” X5 nümayəndəsi X4 iştirakı ilə, Şəxs, xx xxxx 1988-ci ildə Ermənistan Respublikasının, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi 3A nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 06 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)-2494/2011 nömrəli və 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 saylı məhkəmə əmrlərini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011ci il tarixli, 2(010)-2494/2011 nömrəli məhkəmə əmrinə əsasən ondan “Bank of Baku” X5 xeyrinə 960 manat məbləğində əsas, 84 manat 48 qəpik faiz borcu və 10 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Bundan başqa, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 nömrəli məhkəmə əmrinə əsasən ondan və borclu X3 tələbkar “Zaminbank” X5 xeyrinə müştərək qaydada cəmi 4.220 manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat tutulmuşdur. O, məhkəmənin qərarlarına hörmətlə yanaşır, öhdəliyinin icrasından qərəzli olaraq yayınmamışdır, sadəcə olaraq maddi imkanı aşağı olduğundan borc məbləğlərini birdəfəlik ödəyə bilməmişdir. Hazırda həmin icra sənədləri üzrə o, hər tələbkarın xeyrinə 500 manat ödəniş etmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)-2494/2011 nömrəli və 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 saylı məhkəmə əmrləri Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərarlar və bildirişlər borclunun yaşadığı ünvana göndərilmişdir. Bundan əlavə borclu dəfələrlə şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda öhdəliyini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədləri üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə əmrləri bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərildikdən hər tələbkarın xeyrinə 500 manat ödəniş etmişdir. İcra sənədi üzrə tələbkar “Bank of Baku” X5 nümayəndəsi X8 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)-2494/2011 nömrəli məhkəmə əmrinə əsasən Şəxs “Bank of Baku” X5 xeyrinə 960 manat məbləğində əsas, 84manat 48 qəpik faiz borcu və 10 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Təxminən 10 il keçməsinə baxmayaraq icra sənədi borclu tərəfindən təmin edilməmişdir. Buna görə də icra sənədinin icrasını həyata keçirən icra məmuruna müraciət edərək müvafiq tədbirlər görülməsinə xahiş etmişdir. Hazırda borclu “Bank of Baku” X5 xeyrinə 500 manat ödəmişdir. Sonda icra sənədi üzrə tələbkar “Bank of Baku” X5 nümayəndəsi X8 icra sənədi üzrə borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkar “Bank of Baku” X5 nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)-2494/2011 nömrəli məhkəmə əmrindən görünür ki, Şəxs “Bank of Baku” X5 xeyrinə 960 manat məbləğində əsas, 84 manat 48 qəpik faiz borcu və 10 manat məbləğində dövlət rüsumu tutulmuşdur. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 01 avqust 2011-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)-2494/2011 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 01 avqust 2011-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)- 2494/2011 nömrəli məhkəmə əmrinə dair icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materialarına əlavə edilmiş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 nömrəli məhkəmə əmrindən görünür ki, Şəxs və X3 tələbkar “Zaminbank” X5 xeyrinə müştərək qaydada cəmi 4.220 manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat vəsait tutulmuşdur. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 27 sentyabr 2013-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 05 gün müddətinə könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 27 sentyabr 2013-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 nömrəli məhkəmə əmrinə dair icra sənədində göstərilən tələbin 05 gün müddətinə könüllü olaraq icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 06 aprel 2021-ci il tarixli aktlardan görünür ki, borclu Şəxs tərəfindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)- 2494/2011 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə “Bank of Baku” X7 500 manat, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə isə tələbkar “Zaminbank” X7 isə 500 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, borclu Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)-2494/2011 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə “Bank of Baku” X1 borcunun yarısını, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə isə tələbkar “Zaminbank” X7 müştərək qaydada ödənilməli olan vəsaitin ona düşən hissəsinin ¼ hissəsini ödədiyi halda Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 07 iyul 2011-ci il tarixli, 2(010)-2494/2011 nömrəli və 15 avqust 2013-cü il tarixli, 2(010)-3647/2013 saylı məhkəmə əmrlərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-535/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-535/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver