Məhkəmə qərarları › İş №3(010)-535/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-535/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-535/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X10 İmamverdi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xx.xx.2024-cü il tarixdə saat təxminən 09:00 radələrində özünə məxsus olan etibarnamə ilə idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı **-KL-*** d.q.n avtomobili ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən üzü Beton yol adlanan istiqamətə doğru hərəkətdə olarkən, Dəmiryolu keçidini keçən zaman anidən sağ ehtiyat yoldan onun yoluna çıxan Şəxs idarə etdiyi “FİAT” markalı **-ZD-*** d.q.n avtomobil onun yolunda idarə etdiyi avtomobilə çırpılmışdır. Çırpılmanın təsirindən avtomobili sürüşərək qarşıda körpünün aşağısında olan daş dirəyə dəyərək dayanmışdır. Qəza nəticəsində X4 xəsarət almış, tibbi ekspertizadan keçmiş, “YÜNGÜL” bədən xəsarəti almışdır. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxsin yüngül dərəcəli bədən xəsarəti alması faktına görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X9 göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs özünü təqsirli bilərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:00 radələrində özünə məxsus olan idarə etdiyi “FİAT PUNO” markalı **-ZD-*** d.q.n avtomobili ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən üzü Beton yol adlanan istiqamətə doğru hərəkətdə olan zaman, Dəmiryolu keçidini keçən zaman anidən diqqətsizlik etmiş və hərəkət istiqamətinin sol tərəfində öz yolu ilə gələn Hyundai markalı avtomobili görməmiş və həmin avtomobilin sağ qapısı tərəfdən avtomobilə dəymişdir. Qəza baş verəndən sonra avtomobildən enmiş, qarşı avtomobilin xəsarət alan sürücüsünə yaxınlaşmış, qarşı avtomobilin sürücüsünü avtomobildən çıxmasına ətrafdakı insanlarla birgə köməklik göstərib avtomobildən çıxarmışlar. Az sonra hadisə yerinə Polis və X8 stansiyasının əməkdaşları gəlmişlər Xəsarət alan avtomobilin sürücüsünü xəstəxanaya aparmışlar. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisə baş verən zaman hava açıq, yol asfalt örtüklü olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan cinayət işinin başlanması haqqında qərarda qeyd olunan zərərçəkmiş şəxs X2 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:00 radələrində özünə məxsus olan etibarnamə ilə idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı **-KL-*** d.q.n avtomobili ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən üzü Beton yol adlanan istiqamətə doğru hərəkətdə olarkən, Dəmiryolu keçidini keçən zaman anidən sağ ehtiyat yoldan onun yoluna çıxan “FİAT” markalı avtomobil onun yolunda idarə etdiyi avtomobilə çırpılmışdır. Çırpılmanın təsirindən avtomobili sürüşərək qarşıda körpünün aşağısında olan daş dirəyə dəyərək dayanmışdır. Qəza nəticəsində başından və qulağından xəsarət almışdır. Qəza baş verəndən sonra onu avtomobildən ətrafdakı insanlar çətinliklə çıxarmışlar. Az sonra hadisə yerinə Polis və X8 stansiyasının əməkdaşları gəlmişlər. TTY stansiyasının əməkdaşları onu Sabunçu xəstəxanasına aparmışlar, orada MRT və KATE müayinəsi etmişlər. Oradan da Baku Medical klinikasına getmiş, orada qulağına tikiş qoymuşlar. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisə baş verən zaman hava açıq, yol asfalt örtüklü olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 09:00-da FİAT PUNTO MİNİK markalı, 90ZD578 d.q.n nəqliyyat vasitəsini xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, FİN: xxxxxxx, hazırda ünvan 2 ünvanında yaşayan Şəxs tərəfindən İXM 327.8 halına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan cinayət işinin başlanması haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərəçəkmiş şəxs X3 dəymiş zərər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatı, zərərçəkmiş şəxsin cinayət işinin başlanması haqqında qərarda qeyd olunan izahatı, inzibati haqında protokolla, tibbi ekspertizanın rəyi ilə Şəxs əməli kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, əməldən səmimi peşmançılığını nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar