Məhkəmə qərarları › İş №3(010)-5362/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5362/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5362/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan “QAZ 2717 304” minik markalı H012978 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 22 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində zəruri olan məlumatları müvafiq sorğunu aldığı vaxtdan 5 gün müddətində təqdim etmədiyi əsas götürülərək barəsində Suraxanı Rayon DYPŞ tərəfindən 05 oktyabr 2023-cü ildə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Məhkəmə iclasında dindirilmiş "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, 25 sentyabr 2023-cü ildə Suraxanı Rayon Polis İdarəsinə yol vərəqəsi, sürücülük vəsiqəsi ilə birlikdə rəsmi olaraq məktub göndərilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Suraxanı rayon Polis İdarəsinin nümayəndələri gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməlində İXM-nin 347-ci maddəsinin tərkibinin mövcud olmasının sübuta yetirilməsi vəzifəsi polis orqanının üzərinə düşür. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Şirkət tərəfindən Suraxanı Rayon Polis İdarəsinə 25 sentyabr 2023-cü ildə məktub (yol vərəqəsi və sürücülük vəsiqəsi ilə birlikdə) göndərilərək 22 sentyabr 2023-cü il tarixində H012978 qeydiyyat nişanlı QAZ 2717 304 minik markalı avtomobilin idarə olunması "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X3 etibar edilməsi qeyd edilmişdir. Belə olan halda "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təqsiri sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar