Məhkəmə qərarları › İş №3(010)-5386/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5386/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5386/2024 21.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, müdafiəçi – “Vəkil və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, "xxxx" MMC-də sürücüavtokar işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə Bank Respublikaya olan borcuna görə Suraxanı İcra şöbəsinə dəvət olunan zaman icra məmuru Şəxs borclu tərəf olmadığı üçün xidməti otaqdan çıxmasını bildirdikdə saat 12:00 radələrində Şəxs icra məmuru ilə mübahisə edərək icra məmuruna qarşı xırda xuliqanlıq hərəkətləri etmiş, nəticədə icra şöbəsinin iş qrafikini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 20 noyabr 2024cü il tarixdə icra şöbəsindən məlumat daxil olmuşdur ki, iki nəfər şəxs icra məmuru Rövşən Əliyevin xidməti otağında mübahisə edərək səs-küy salmış, icra şöbəsinin iş fəaliyyətini pozmuşlar. Əməliyyat qrupu icra şöbəsinə getmiş, həmin iki nəfər şəxsi saxlayaraq 31-ci PB-yə gətirmişlər. Polis Bölməsində həmin şəxslərin şəxsiyyəti müəyyən edilmiş, raport yazılmış və onun icraatına daxil olmuşdur. İcra məmuru tərəfindən tərtib olunan akta əsasən icra məmuru X8 Respublikaya borclu olduğu üçün icra şöbəsinə çağırmış, Tural icra şöbəsinə qardaşı Şəxs ilə birlikdə getmişdir. İcra məmuru Bəhruza xidməti otaqdan çıxmağı bildirsə də, etibarnaməsi olub-olmadığını soruşsa da, o, otaqdan çıxmamış və mübahisə etmişdir. Belə ki, X9 yaxasından tutmuş və icra məmurunun köynəyinin düymələri qırılmışdır. Bu zaman Tural oturduğu yerdən qalxaraq Rövşənin üzərinə getmişdir. İcra şöbəsində olan mühafizə polisi səs-küyü eşidib otağa daxil olmuş, onları ayıraraq icra şöbəsindən çıxartmış və şöbəyə polis dəvət olunmuşdur. Bəhruz çölə çıxardılan zaman gödəkçəsinin qolu cırılmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, qardaşı Tural icra şöbəsinə çağırıldığından Turalla birlikdə icra şöbəsinə getmişdir. İcra şöbəsindən içəri girəndə mühafizəçi polis ona başqa şəxsə içəri girməyə icazə olmadığını bildirmişdir. Tural isə içəri girmişdir. 30-40 dəqiqə sonra ona zəng gəlmiş, Tural ona şöbədən çölə çıxmağa icazə verilmədiyini demiş, o, mühafizəçi polisə içəri girməli olduğunu demiş, polis icazə vermişdir. Ona qəbz verilmişdir ki, ödəniş etsin. O, vəkilə zəng etmiş, vəkil gələcəyini demişdir. Azər adlı şəxs Turalın çölə çıxa bilməyəcəyini, qapının yanında dayanmalı olduqlarını demişdir. O isə gedəsi olsalar bu barədə məlumat verəcəklərini demişdir. Bu zaman Azər adlı şəxs ikisinin də içəri girməsini və Turala borcu 1-2 ay ərzində ödəməsi ilə bağlı izahat yazmalı olduğunu demişdir. O vəkil gəldikdən sonra izahat yazılacağını deyəndə Rövşən adlı şəxs ona “sənin ixtiyarın yoxdur, sən kimsən” ifadələrini işlətmişdir. O isə icra məmuru Rövşən Əliyevi ümumiyyətlə tanımadığından onu Azər bəyin çağırdığını demiş və “sən kimsən” deyə ondan soruşmuşdur. Rövşən Əliyev cavabında “sən yox, siz” ifadəsini işlətmiş, o isə Rövşən Əliyevə “siz mənə sən deyirsiz, amma mən sizə sən deyəndə problem yaranır” demiş, Rövşən Əliyev ona “sən elə sənsən” demişdir. X14 mühafizəçi polisə onu çölə atmasını demiş, o isə qardaşı Tural olmadan çölə çıxmayacağını demişdir. Bu zaman Rövşən Əliyev onun üstünə gələrək yaxasından tutmuş, polis onları aralamışdır. Polis ona çölə çıxmasını demiş, o isə qardaşı Tural olmadan çölə çıxmayacağını demiş, bu zaman Rövşən Əliyev aqressiya ilə qışqırmağa başlamış və onun qolundan tutub dartmışdır. Bundan sonra 4 nəfər onu həmin otaqdan çölə çıxartmış, o, başqa otaqda oturmuşdur. İcra Şöbəsinin rəisi onları qəbul edərək profilaktiki söhbət apararaq sakit olmaqlarını və işi böyütməyə ehtiyac olmadığını, İcra şöbəsinə dəvət olunmuş polis əməkdaşlarına üzrxahlıq edərək getmələrini icra məmuruna bildirmişdir. Bundan sonra onlar icra şöbəsindən çölə çıxmış, polis əməkdaşları məlumat gəldiyi üçün onları bölməyə aparmalı olduqlarını bildirib polis bölməsinə aparmışdır. Mübahisə nəticəsində onun gödəkçəsinin qolu cırılmışdır. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi – “Vəkil və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil Şəxs göstərdiyi xüsusatları müdafiə edərək bildirmişdir ki, Tural Mehdizadə barəsində icra qeydi icra şöbəsinə daxil olmuşdur. İcra məmuru İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icra qeydinə dair protokol tərtib edə bilmədiyi üçün belə stiuasiya yaratmışdır. Ümumiyyətlə Tural və qardaşı Bəhruz tərbiyəli, sakit şəxslərdir. Onları elə həddə çatdırıblar ki, belə mübahisə baş vermişdir. Hətta Bəhruzun gödəkçəsi cırılmışdır. Ümumiyyətlə İcra Baş İdarəsinə bu hadisə barədə məlumat daxil olmayıb. Həmçinin 10 gün müddət bitmədən icra məmurunun 7 faiz ödənişi tələb etmək və şəxsi icra şöbəsində saxlayaraq azadlığını məhdudlaşdırmaq ixtiyarı yoxdur. Göstərilənlərə əsasən Şəxs barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, Suraxanı rayon İcra şöbəsində icra məmuru vəzifəsində işləyir. İcraatına borclu Tural Mehdizadədən pul tutulması ilə bağlı icra qeydi daxil olmuşdur. Tural Mehdizadə icra şöbəsinə dəvət olunmuş, qardaşı da icra şöbəsinə gəlmiş, göstərişlər verməyə başlamışdır. O isə öz növbəsində borclu şəxsə icra qeydinin mahiyyətini, əgər on gün müddətində borcu ödəsə yeddi faiz ödənişi ödəmək lazım olmadığını, yeddi faizi ödəməklə bağlı rekvizit verilməsini izah etmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş verilmişdir. Turalın qardaşı Bəhruz “sən bunu edə bilməzsən” demiş, o isə Bəhruza otaqdan çölə çıxmalı olduğunu demiş, Bəhruz ona “sən kimsən” ifadəsini işlətmiş və mübahisə başlamışdır. Bəhruz onun yaxasından tutmuş, köynəyinin düymələri qırılmış, səs-küyə başqa şəxslər gəlmişdir. Bəhruz onun üstünə gəlmiş, onu vurmağa cəhd etmişdir. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Hər iki qardaş bu müddət ərzində fəal olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Bank Respublikaya olan borcuna görə Suraxanı İcra şöbəsinə dəvət olunan zaman icra məmuru Şəxs borclu tərəf olmadığı üçün xidməti otaqdan çıxmasını bildirdikdə saat 12:00 radələrində Şəxs icra məmuru ilə mübahisə edərək icra məmuruna qarşı xırda xuliqanlıq hərəkətləri etmiş, nəticədə icra şöbəsinin iş qrafikini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 00909636 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur; xx.xx.2024-cü il tarixli Bakı şəhər 35 saylı notariat ofisinin icra qeydinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə X2 10091***-*******02L nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 16713 manat 37 qəpik (on altı min yeddi yüz on üç manat otuz yeddi qəpik) tutulmalı; bundan əlavə borclu X2 tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 16738 manat 37 qəpik (on altı min yeddi yüz otuz səkkiz manat otuz yeddi qəpik) pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyev və digər icra məmurları tərəfindən akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, Bakı şəhər 35 saylı notariat ofisinin icra qeydinə əsasən borclu X7 icra şöbəsinə dəvət olunmuş, saat 12 radələrində o, icra şöbəsində olarkən icra qeydi ilə bağlı izahat verməkdən imtina etmiş, onunla birlikdə gələn və özünü qardaşı kimi təqdim edən şəxs Şəxs icra məmuru Rövşən Əliyevin xidməti otağında qeyri-qanuni göstərişlər verməyə başlamış, Bəhruz Məmmədzadəyə icra işi ilə bağlı tərəf olmadığı bildirildikdən sonra xidməti otaqdan çıxıb gözləmək təklif olunmuş, lakin o, icra məmuru Rövşən Əliyevə “sən kimsən” deməklə onun üstünə getmiş, köynəyinin yaxasından tutub dartmışdır. Nəticədə icra məmuru Rövşən Əliyevin köynəyinin iki düyməsi qırılmış, bundan sonra borclu Tural Mehdizadə icra məmuru Rövşən Əliyevin üstünə gedərək onu vurmağa çalışmış, lakin şöbədə olan əməkdaşlar onu saxlayaraq vurmağının qarşısını almışlar. Bundan sonra da Şəxs Rövşən Əliyevin ünvanına təhqiramiz sözlər ünvanlayaraq onu təhqir etmiş və üstünə gələrək vurmağa çalışmışdır. Onların icra məmuru Rövşən Əliyevi döyməyə cəhd etməsi icra məmurları tərəfindən qarşısı alınmış, bundan sonra onlar nizam-intizama dəvət olunmasına baxmayaraq səs-küy salmışlar və səs-küy salmalarını davam etdirməklə şöbənin fəaliyyətini 30 dəqiqə müddətinə dayandırmışlar; iş materiallarına baş verən hadisənin bir hissəsini əks etdirən bir ədəd disk əlavə olunmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə Bank Respublikaya olan borcuna görə Suraxanı İcra şöbəsinə dəvət olunan zaman icra məmuru Şəxs borclu tərəf olmadığı üçün xidməti otaqdan çıxmasını bildirdikdə saat 12:00 radələrində Şəxs icra məmuru ilə mübahisə edərək xırda xuliqanlıq hərəkətləri etmiş, nəticədə icra şöbəsinin iş qrafikini pozmuşdur. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar