Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5389/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin baş məsləhətçisi X4 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 21 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə Sabunçu rayon Məhkəməsi vasitəsilə daxil olmuşdur. X2 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar əldə etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati tənbehə əsas rəhbəri olduğu "xxxx" MMC-nin işçisi X1 xx.xx.2024-cü il tarixdə istehsalatda xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı onun tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların, qaydaların tələblərinə əməl edilmədiyi və avadanlığın və texnoloji prosesin təhlükəsizliyinə riayət edilmədiyi göstərilmişdir. Lakin o, bu qərarla razı deyil. Belə ki, qərardakı məsələlərin heç biri həqiqəti əks etdirmir. Sabunçu rayon prokurorluğunda göstərilən məsələ ətraflı araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar əsas götürülərək yuxarıda göstərilmiş inzibati tənbehin tətbiq edilməsi barədə qərarlar ləğv edilməlidir. Həmin qərar qanun normaları pozulmaqla qəbul olunmuşdur. Onun haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından göründüyü kimi X6 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 198.1.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsi ilə qərardan şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddəti həmin vaxt Sabunçu rayon Prokurorluğunda araşdırma aparılması, o cümlədən oradan ona araşdırma aparan şəxs tərəfindən zəng olunaraq araşdırmanın hələ yekunlaşmadığı bildirildiyindən, buna görə də inzibati tənbeh vermə haqqında qərardan şikayət etməmişdir. Buna görə də məhkəmənin 26 noyabr 2024-cü il tarixli qərardadı ilə X2 şikayət vermək üçün qanunda nəzərdə tutulmuş itirilmiş müddət üzürlü hesab edilərək vəsatəti təmin olunmuş və 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən şikayət verilməsi müddəti bərpa edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 izahatında bildirdi ki, ərizəsində qeyd olunanları təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, bədbəxt hadisə xx.xx.2024-cü il tarixdə saat 08:50 radələrində rəhbərlik etdiyi müəssisənin istehsal sahəsində baş vermişdir. Həmin gün işçiləri işin təhlükəsiz aparılması barədə təlimatlandırdıqdan sonra cəmiyyətə məxsus inzibati binada yerləşən iş otağına gəlmişdir. Saat 10 radələrində Z.İsmayılovun istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması və xəstəxanaya aparılması barədə ona məlumat verilmiş, o, dərhal xəstəxanaya getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, zərərçəkənin barmağının uc hissəsi amputasiya edilmişdir. Z.İsmayılov növbəti gün və ümumi olaraq mart ayı ərzində işdə olmuşdur. Eyni zamanda, bədbəxt hadisənin baş verməsinə Z.İsmayılovun metal lövhələrin deşilməsi üçün nəzərdə tutulmuş 2K52 model dəzgahda işləyərkən əlcəkdən istifadə etməsi səbəb olmuşdur. Şəxsən özü işçilərə həmin dəzgahda işləyərkən əlcəkdən istifadə edilməməsi barədə dəfələrlə bildirmiş və xəbərdarlıq etmişdir. xx.xx.2024-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar əldə etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hadisə ilə bağlı onu Sabunçu rayon Prokuroluğundan çağırmışlar və bildirmişlər ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılacaqdır. İş yerinə prokurorluqdan gəlib baxış keçirmişlər, zərərçəkmiş şəxslə danışıq aparılmış və getmişlər. Bir neçə gün sonra onu təkrar prokurorluğa çağırmışlar və ona ekspert rəyi verərək bildirmişlər ki, cinayət işinin başlanması rədd olunmuş, əsassız olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 500 manat cərimə olunmuş və onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən ona bildirmişlər ki, özləri öz qərarını ləğv etmək səlahiyyətləri olmadığından məhkəməyə müraciət etmək hüququ vardır. Sonda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq idarəsinin baş məsləhətçisi X7 bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar Suraxanı rayon Prokurorluğu tərəfindən göndərilmişdir. İnzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas X1 xəsarət alması ilə bağlı olmuşdur. Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi ilə üçün Təhqiqat komissiyası yaradılmış və qaydaların pozulmasına yol vermiş şəxsin "xxxx" MMC-nin direktoru X6 olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Sabunçu rayon Prokurorluğuna məktub göndərilərək aparılan araşdırmanın nəticəsi ilə bağlı X3 təyin olunmuş diaqnozun ağırlıq dərəcəsi barədə məhkəmə-tibbi ekspertizasının rəyinin, o cümlədən həmin rəyə əsasən zərərçəkənin xəsarətinin dərəcəsi müəyyən edilmədiyi və inzibati xəta tərkibi yarandığı halda inzibati xəta haqqında iş üzrə icraata başlama barədə qərarın, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarların aidiyyəti üzrə X8 Xidmətinə təqdim edilməsi xahiş olunmuşdur. Sabunçu rayon Prokurorluğu məktuba cavab olaraq bildirmişdir ki, X1 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin qərarına əsasən "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC-nin direktoru X2 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Sabunçu rayon Prokurorluğuna məktub göndərilərək göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X1 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Təhqiqat komissiyası baş vermiş hadisəni istehsalatla əlaqəli hesab edərək İZ formalı aktla rəsmiləşdirilməsi və "xxxx" MMC-də uçota alınması barədə rəy verməklə müvafiq akt tərtib etmişdir. Tərtib edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsində "xxxx" MMC-nin direktoru X2 cavabdehliyi müəyyən olunmuşdur. Təhqiqatın gedişində sorğuya əsasən zərərçəkən X3 təyin olunmuş diaqnozun ağırlıq dərəcəsi barədə məhkəmə-tibbi ekspertizası tərəfindən rəy təqdim edilmədiyi üçün, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına zərər vurulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, təhqiqat materiallarının surəti məlumat üçün Sizə göndərilir. Tərəfinizdən aparılan araşdırma zamanı X3 təyin olunmuş diaqnozun ağırlıq dərəcəsi barədə məhkəmə-tibbi ekspertizasının rəyinin, o cümlədən həmin rəyə əsasən zərərçəkənin xəsarətinin dərəcəsi müəyyən edilmədiyi və inzibati xəta tərkibi yarandığı halda inzibati xəta haqqında iş üzrə icraata başlama barədə qərarın, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarların aidiyyəti üzrə X8 Xidmətinə təqdim edilməsi xahiş olunmuşdur. Sabunçu rayon Prokurorluğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin məktubuna cavab olaraq bildirmişdir ki, X1 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılması barədə əmrindən görünür ki, qaydaların pozulmasına yol vermiş şəxsin "xxxx" MMC-nin direktoru X6 olduğu müəyyən olunmuşdur. "xxxx" MMC-nin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 30 may 2024-cü il tarixli aktından görünür ki, əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxs X5r. 08 oktyabr 2024-cü il tarixli Suraxanı rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, X1 xəsarət alması ilə bağlı araşdırılan material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 08:50 radələrində müəssisənin istehsal sahəsində baş vermişdir. Bədbəxt hadisənin baş verməsinə səbəb Z.İsmayılovun metal lövhələrin deşilməsi üçün nəzərdə tutulmuş 2K52 model dəzgahda işləyərkən əlcəkdən istifadə etməsi olmuşdur. Hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılmış və 08 oktyabr 2024-cü il tarixdə cinayət işinin başlanması rədd olunmuşdur. X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən 500 manat cərimə olunmuşdur. Məhkəmə X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq və inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab etmişdir ki, Xidmətin Bakı şəhər İdarəsinin 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli Qərarı qüvvədə saxlanılmalıdır. Təhqiqat Aktında bədbəxt hadisənin səbəblərinin aradan qaldırılması üzrə tədbirlər sırasında həmçinin göstərilmişdir ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə təlimata dəyişiklik edilsin, dəzgahda işləyərəkən əlcəkdən istifadə etməməklə bağlı bəndlər çıxarılsın və dəzgahda təhlükəsiz iş qaydalarına dair mütərəqqi üsullardan istifadə edilsin. Bundan başqa bədbəxt hadisənin baş verdiyi 2K52 markalı deşmə dəzgahı əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək fəaliyyəti dayandırılsın. 2K52 markalı deşmə dəzgahının təhlükəsiz istismarı qaydalarına dair təlimat hazırlansın, işçilərlə tanış edilsin və təlimatdan çıxarışlar işçilərin görə biləcəyi yerlərdə, o cümlədən avadanlığın üzərində yerləşdirilsin. Azərbaycan Respublikası İXM-nin 198.1.2-ci maddəsinə əsasən binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İş materiallarından göründüyü kimi X6 VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Buna görə də məhkəmə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X2 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X2 barəsində qəbul olunmuş 04 sentyabr 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-5389/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5389/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver