Məhkəmə qərarları › İş №3(010)-539/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-539/2020

04.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-539/2020 04.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Vəliyev Kazım intiqam oğlunun katibliyi ilə, X1, xx xxxxxx 1969-cu ildə Laçın rayonunun, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4GW2BV1, evli, Laçın rayonu, X7, Güləbird kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 9 nömrəli evin 23 nömrəli mənzilində yaşayan, Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin müfəttişi R.M.Tağıyev tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X3 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə N.Ə.Qəhrəmanov Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1.000 manat məbləğində inzibati cərimə olunmuşdur. xx xxxx 2020-ci il tarixdə X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, N.Ə.Qəhrəmanovun şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Poçt göndərişlərinin izlənilməsindən isə görünür ki, X1 barəsində Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar poçt orqanı tərəfindən N.Ə.Qəhrəmanova xx xxxxx 2020-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi N.Ə.Qəhrəmanov barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı rəsmi qaydada aldıqdan 01 ay 09 gün sonra şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 192.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti X2 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar