Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-539/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi Hüquq şöbəsinin müdiri X1 iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsində qeydiyyatda olan (VÖEN: **********) hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq-məhkəmə MÜƏYYƏN ETDİ: 03 fevral 2025-ci il tarixdə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 23 yanvar 2025ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, hüquqi şəxs Şəxs 51742.80 ABŞ dolları məbləğində vəsaiti 10 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin məbləğin 21377.54 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 yanvar 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə 23 yanvar 2025-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi X2 məhkəməyə etiraz təqdim edərək və əlavə olaraq izahatında göstərmişdir ki, KMS Demir Çelik A.Ş və ATEF Şirkətlər Qrupu MMC arasında xx.xx.2022ci il tarixdə KMS ATEF-01 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən satıcı məhsulu satır, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi sayılan hesab fakturada göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları və ya xidmətləri (bundan sonra malları) alır. Müqavilənin şərtlərinə uyğun olaraq KMS Demir Çelik A.Ş Şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2022-d il tarixli 30 444 ABŞ dolları və xx.xx.2022-ci il tarixli 20973.65 ABŞ dolları invoicelar əsasında "ATEF Şirkətlər Qrupu MMC" tərəfindən xx.xx.2023-cü il tarixdə yuxarıda qeyd olunan şirkətin hesabına 51742.8 ABŞ dolları məbləğində vəsait ödəniş edilmişdir. Mərkəzi bank tərəfindən tərtib edilmiş protokolda qeyd olunur ki, KMS Demir Çelik A.Ş şirkətinə "xxxx" MMC tərəfindən 51742.8 ABŞ dolları məbləğində vəsait ödəniş edilmiş, lakin 2 il müddət keçsə də 21377.54 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 3(010)-539/2025 nömrəli iş üzrə icraat aparılan zaman "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə şifahi qaydada müraciət edilmiş və müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan mallar xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunmuşdur. Beləliklə, "xxxx" MMC tərəfindən ödənilmiş 51742.8 ABŞ dolları məbləğində vəsait əsasında yuxarıda qeyd olunan mallar ölkəyə idxal olunmuşdur. Yuxarıda qeyd olunanları əsas tutaraq, Mərkəzi Bank tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli EP N-0191205 saylı protokola "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi etirazda göstərilənləri təsdiq edir. Qeyd olunan protokol ilə bağlı Gömrük orqanlarına müraciət etmişlər. Müqaviləyə əsasən almış olduqları mallar ölkə ərazisinə vaxtında gətirilməsinə və gömrükdən qeydiyyatdan keçirilməsinə baxmayaraq həmin gömrük bəyannamələri onlara gec təqdim edilmişdir. Mərkəzi Bank tərəfindən qeyd olunan xüsusatlar yoxlanılmadan şirkətin barəsində protokol tərtib etmişdir. Mərkəzi Bank protokol tərtib etməmişdən əvvəl şirkətə heç bir məlumat verməmiş və onların həmin protokoldan məlumatları olmamışdır. Mərkəzi Bank protokol tərtib etdikdən sonra şirkətə protokolun tərtib olunduğunu və işin məhkəməyə göndəriləcəyi barədə məlumat vermişdir. İş məhkəmə baxışında olan müddətdə Mərkəzi Banka aidiyyəti sənədləri və sübutları təqdim etmişlər və bununla bağlı müvafiq araşdırma aprılmışdır. Məhkəməyə təqdim etdiyi etirazda göstərilənlərin nəzərə alınmasını və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan telefonoqramdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxsnə məxsus ********** əlaqə nömrəsinə hüquq məsləhətçisi Nümayəndə tərəfindən avans ödənişi ilə bağlı sənədlərin dərhal Mərkəzi Banka təqdim edilməsi məqsədilə müvəkkil bank tərəfindən təqdim edilmiş telefon nömrəsi ilə əlaqə saxlanılmış, Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən göndərilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən 10 yanvar 2023-cü il tarixdə xaricə köçürülmüş 51742.80 ABŞ dolları məbləğində vəsaitin açıq qalan hissəsinə uyğun müvafiq malların (xidmətlərin) 2 il ərzində ölkəyə idxal edilməsi ilə bağlı hər hansı təsdiqedici sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Bununla bağlı müvafiq sənədlərin dərhal Mərkəzi Banka təqdim edilməsi təklif olunmuşdur. Əks halda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. Mətni qəbul edən şəxsin cavabı: Özünü MMC-nin nümayəndəsi kimi təqdim etmiş şəxs köçürmə barədə məlumatının olduğunu bildirmiş, sənədlərinin qaydasında olmadığına görə təqdim edə bilməyəcəklərini qeyd etmişdir. Belə ki, malların gömrük saxlancında olduğunu və hələ ki, ölkəyə buraxılmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 6-2/2-63/2025 nömrəli "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş məktubda göstərilmişdir ki, "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nın (bundan sonra Qaydalar) 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr üzrə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarında olan debit haqqında bildirişdən görünür ki, "xxxx" MMC xx.xx.2023cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən KMS Demir Çelik A.Ş şirkətinə Azərbaycan Respublikası Beynəlxalq Bankı vasitəsi ilə 51742.8 dollar məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli satış müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə KMS Demir Çelik A.Ş şirkətinə qalınlığı 15 mm-dən çox rulonlarda olmayan, isti yaymadan başqa, sonrakı emala məruz qalmayan, dəmirdən və ya aşqarlanmamış poladdan olan yastı prokat (X6) 2.S355J2 30x1500x6000mm-1 əd-2141 kq mallar üçün KMS Demir Çelik A.Ş şirkətinə 20.973,65 dollar və xx.xx.2022-ci il tarixdə 30.444,00 dollar, ümumilikdə 51742.80 dollar ödəniş etmişdir. Mallar gömrüyə gətirilmiş və bununla bağlı gömrük bəyannamələri verilmiş, lakin Mərkəzi bank inzibati xəta haqqında protokol tərtib edən zaman malların həqiqətən ölkə ərazisinə gətirilməsi xüsusatını araşdırmamış, sadəcə olaraq gömrük bəyannamələrinin olmamasını əsas götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC KMS Demir Çelik A.Ş şirkətinə 20973,65 dollar ödəniş etmiş və müqavilədə qeyd olunan həmin mallar ölkə ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, "xxxx" MMC barəsində tərtib olunmuş EP ******* saylı inzibati xəta haqqında protokol üzrə baxılan 3(010)- 539/2025 saylı inzibati işdə MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş X3 baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin YGB-lər üzrə xx.xx.2023-cü il tarixli, 51742.80 ABŞ dolları məbləğində köçürmənin açıq qalan hissəsinə görə mallar ölkəyə idxal olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan avans köçürməsi barədə aktdan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə KMS DEMİR CELİK A.S şirkətinə 51.742.80 ABŞ dolları avans ödənişi etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, nümayəndənin izahatını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən valyuta tənzimi qaydalarının pozulması, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 30 sentyabr 2024-cü il tarixli qərarına əsasən hüquqi dövlətdə iqtisadi fəaliyyət sahəsində münasibətlərin tənzimlənməsi mülki dövriyyə iştirakçıları üçün ədalətli və əlverişli iqtisadi və sosial şəraitin təmin edilməsi istiqamətində həyata keçirilməli, subyektlərin hüquq və vəzifələrinin, hüquqların mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi tarazlıq və mütənasiblik meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarına əsasən - sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunanlar yəni, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Oxşar hal hüquqi şəxsin fəaliyyətində də mövcuddur. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirir. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir (“Valyuta tənzimi haqqında” Qanunun 14-cü maddəsi). İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi təqsirlilik məsələsini mübahisələndirir və hüquqi şəxs özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, hüquqi şəxs Şəxs əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli satış müqaviləsindən də göründüyü kimi mallar Şəxs xx.xx.2022-ci il tarixdə KMS Demir Çelik A.Ş şirkətinə qalınlığı 15 mm-dən çox rulonlarda olmayan, isti yaymadan başqa, sonrakı emala məruz qalmayan, dəmirdən və ya aşqarlanmamış poladdan olan yastı prokat (X6) 2.S355J2 30x1500x6000mm-1 əd-2141 kq mallar üçün KMS Demir Çelik A.Ş şirkətinə 20.973,65 dollar və xx.xx.2022-ci il tarixdə 30.444,00 dollar, ümumilikdə 51742.80 dollar ödəniş etmişdir. Həmin ödəniş, debit haqqında bildiriş sənədində öz əksini tapmış, 21 noyabr 2022-ci il tarixli gömrük bəyannaməsində 20973,65 ABŞ dolları dəyərində malın KMS/ATEF-01 saylı müqaviləyə əsasən ölkəyə gətirilməsi təsdiq olunmuş, avans köçürmələrlə bağlı cəmi 21,377,54 ABŞ dolları məbləğin bəyan olunmayan, 30,365,26 ABŞ dolları məbləğin isə bəyan olunmuş hissə olması qeyd edilmiş, gömrük bəyannamələri onlara gec çatdığından gecikmə olmuş və lakin alınan malların hamısı ölkəyə gətirilmişdir. Buradan da göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunanlar yəni, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Oxşar hal hüquqi şəxsin fəaliyyətində də mövcuddur. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirir. Həmçinin protokolu tərtib etmiş inzibati orqanın səlahiyyətli nümayəndəsi protokolu müdafiə etməkdən imtina edərək malların ölkə ərazisinə gətirilməsini və bununla bağlı gömrük bəyannamələrinin olmasını, buna görə də qərar qəbul edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə xx.xx.2023-cü il tarixli, 51742.80 ABŞ dolları məbləğində köçürmənin açıq qalan hissəsinə görə malların ölkəyə idxal olunmasını və bununla bağlı gömrük bəyannəmələrinin olmasını nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati məsuliyyətdən azad edilsin və onun barəsində tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-539/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-539/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver