Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-54/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 iştirakı ilə Sabunçu rayon DYPŞ-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X5 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Sabunçu rayon DYPŞ-nin vəzifəli şəxsi xx xxxxxx 2020-ci ildə X8 barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, eyni tarixli TP seriyalı ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilərək 100 manat miqdarında cərimə etmişdir. X8 həmin qərardan şikayət verib. X8 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. O, cümlədən bildirir ki, xx xxxxxx 2020-ci ildə Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində qəbul edilmiş qərarı qanunsuz və qərəzli hesab edir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməzdən öncə, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 15:55 radələrində o, avtomobili saxla göstərişini verən Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı X2 inzibati xətanın baş verdiyini özündə əks etdirən sübutların (video və ya foto görüntülərin) ona təqdim edilməsini tələb etsə də, Pərviz Mənsimov öz vəzifə səlahiyyətlərini aşaraq heç nəyə məhəl qoymadan və onun narazılığına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda protokol tərtib etməyərək barəsində dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Əgər o, inzibati xətanın baş verdiyini mübahisələndirirsə Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı X1 Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq dərhal qərar qəbul edə bilməzdi. Polis leytenantı X6 belə olan halda yalnız inzibati xəta haqqında protokol tərtib edə bilərdi və həmin protokol üzrə vəzifəli şəxs onu qərar qəbul etməzdən öncə dəvət edib onun törədilməsi ehtimal olunan inzibati xəta ilə bağlı izahatını almalı və ona inzibati xətanın baş verdiyini təsdiq edən sübutları ona təqdim etməli idi. Barəsində başlanılmış inzibati icraatdan görünür ki, həqiqətən də, Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin polis leytenantı X6 ona qarşı qərəzçilik nümayiş etdirərək, qanun tələblərinə məhəl qoymadan və inzibati xətanın baş verməsini sübut edən halları ona təqdim etmədən onu inzibati məsuliyyətə cəlb etmişdir. Göstərilənlərə əsasən Sabunçu rayon DYPŞ-nin polis leytenantı X3 inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarının ləğv olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət qismən təmin olunmalıdır. Sabunçu rayon DYPŞ-nin polis leytenantı X3 inzibati tənbeh vermə haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilərək 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, həmin qərar eyni, yəni xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi nümayəndəsini göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Buna baxmayaraq, X8 barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyi gün inzibati xəta haqqında iş üzrə qərar qəbul edilib. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi nümayəndəsini məhkəməyə göndərməmiş, hadisənin videogörüntüsünü təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin olunsun. Sabunçu rayon DYPŞ-nin vəzifəli şəxsinin X5 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Sabunçu rayon DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-54/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-54/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver