Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5400/2024 23.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1995-ci il tarixdə İmişli, Sarıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə gecə saatlarında Hövsan qəsəbəsi, Mida 2 yaşayış sahəsində səs-küy salaraq nalayiq sözlər deməklə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs səs-küy salması barədə məlumat gəldikdən sonra hadisə yerinə getdikdə, həqiqətən də, Şəxs səs-küy saldığı müəyyən olunmuş, o, polis bölməsində də səs-küy salmışdır. O, göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xarici vətəndaşlar onu qonaq çağırmış, o da iki xanımla birlikdə çağırılan yerə getmişdir. Axşam saat təxminən 2də orada olan bir xarici vətəndaş ona 100 manat pul vermiş, o da içki alıb xarici vətəndaşlara vermiş, qalıq qalmış 20 manat pulu xarici vətəndaş ona pulu özünə götürməyi dediyinə görə götürmüşdür. Həmin xarici vətəndaşlar içkili olmuşlar. Sonradan xarici vətəndaşlardan biri ona iyirmi manat əlavə verəndə o həmin pulu niyə verdiyini soruşmuş və bundan sonra mübahisə başlamışdır. Həmin xarici vətəndaş ona başı ilə vurmuş, nəticədə onun burnu qanamış və şişmişdir. Sonradan həmin şəxs butulkanı əlinə götürəndə o balkona çıxmış və “polis” deyə qışqırmağa başlamışdır. O onunla birlikdə gələn xanımlara qapını açmağı demiş, 5-6 nəfər mülki geyimli şəxslər həmin ünvana gəlmiş, onu və xanımları polis bölməsinə aparmışlar. Ümumiyyətlə o, hazırki iş üzrə zərərçəkmiş şəxsdir, onun heç bir günahı yoxdur. Polisə qarşı isə heç bir nalayiq hərəkət etməmişdir. Göstərilənlərə əsasən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Məhərrəm İskəndərov tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə PŞ-də əməliyyat qrupunda olan zaman COP-29 tədbiri ilə əlaqədar olaraq Hövsan qəsəbəsi, Mida 2 yaşayış sahəsində xarici qonaqların təhlükəsizliyi ilə əlaqədar olaraq həmin ünvanda xidmətdə olan polis əməkdaşı - polis mayoru Elməddin Abbasovun məlumatı əsasında xarici qonaqların yaşadıqları ünvanda mübahisə olması və ictimai əsayişin pozulması ilə əlaqdar göstərilən ünvanda olan zaman orada qonaq olmuş Yəmən Respublikasının vətəndaşlarının yanına gəlmiş Şəxs ictimai qaydanı pozması ilə bağlı ona hüquq və vəzifələri izah edilərək ictimai qayda pozması ilə bağlı izahatının alınması üçün PŞ-nə dəvət edilmişdir. Lakin vətəndaş Şəxs qeyri səmimilik göstərərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs Müşfiq oğlunun əməlində AR İXM-nin 510 və 535-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır; xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə gecə saatlarında Hövsan qəsəbəsi, Mida 2 yaşayış sahəsində səs-küy salaraq nalayiq sözlər deməklə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022523 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə gecə saatlarında Hövsan qəsəbəsi, Mida 2 yaşayış sahəsində səs-küy salaraq nalayiq sözlər deməklə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bununla da, Qolaylı X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilməmişdir və məhkəmənin gəldiyi qənaətə görə onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Qolaylı X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 23 noyabr 2024-cü il tarixdən saat 05:00-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 noyabr 2024-cü il tarixdən saat 05:00-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-5400/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5400/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver