Məhkəmə qərarları › İş №3(010)-5404/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5404/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5404/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 30 mart 2024-cü il tarixli protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00-da idarə etdiyi “X11” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı Suad Həmzəyv tərəfindən 06 dekabr 2023-cü il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Şəxs ifadəsində özünü təqsirli bildiyini, ona tərtib edilmiş cərimələrini ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını, özünün müharibə veteranı olduğunu bildirərək, ona yüngül tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Suraxanı rayon DYPŞ-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində idarə etdiyi «Renault Scenic» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətinə saatda təxminən 10 km sürətlə hərəkət etdiyi zaman əks hərəkət zolağa çıxmış və idarə etdiyi avtomobil vətəndaş X3 idarə «Mersedes Benz E 230» markah **-LG-*** dövlət qeydiyyat nişanh avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində “Renault Scenic” markalı avtomobildə sərnişin qismində olmuş X5 və X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi, qərarın sürəti iş üzrə maraqlı tərəflərə göndərilməsi, qərarın sürəti prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilməsi və toplanmış material qanunla nəzərdə tutulan müddətdə saxlanılması üçün Suraxanı RPİ-nin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2023-cü il tarixli 1036 saylı rəyində göstərilmişdir ki, X1 bədən səthində aşağıdakı xəsarət aşkar edildi: oynaqda hərəkət məhdudluğu və şişkinliklə müşayiət olunan sol diz oynağı nahiyəsinin ön çarpaz bağının hissəvi zədələnməsi. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2023-cü il tarixli 1037 saylı rəyində göstərilmişdir ki, X2 bədən səthində aşağıdakı xəsarət aşkar edildi: oynaqda hərəkət məhdudluğu müşayiət olunan sağ bazu oynağı nahiyəsinin şişkinlik halında əzilməsi. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür İş materiallarında olan X6 tərəfindən verilmiş 21 dekabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nəqliyyatı hadisəsi törətmişdir, o zaman o, sərnişin kimi həmin maşında olmuşdur. Hadisə ilə bağlı Şəxs qarşı heç bir tələbi və şikayəti olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 009488 saylı vəsiqədən görünür ki, Şəxs müharibə veteranı vəsiqəsi verilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 14 noyabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində idarə etdiyi «Renault Scenic» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Bülbülə qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətinə saatda təxminən 10 km sürətlə hərəkət etdiyi zaman əks hərəkət zolağa çıxmış və idarə etdiyi avtomobil vətəndaş X3 idarə «Mersedes Benz E 230» markah **-LG-*** dövlət qeydiyyat nişanh avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində “Renault Scenic” markalı avtomobildə sərnişin qismində olmuş X5 və X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müharibə veteranı olması və zərərçəkmiş şəxslərdən biri ilə barışmasını məsuliyyətini yüngülləşdirən hallar kimi hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar