Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5407/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-cu Polis bölməsinin sahə inspektoru Xəqani Məmmədovun, xx.xx.1993-cü ildə Rusiya Federasiyasının Sibir şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7443 nömrəli rəyin nəticəsinə əsasən narkotik vasitə istifadə etdiyi müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixdə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin sahə inspektoru Xəqani Məmmədov protokola uyğun izahat verərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında dostu Bəhruz Şükürovun evinə getmiş olduğunu, onun yaşadığı Arzu adlı xanımın qızının həmin yerə gəlib-getdiyini, gedən zaman qəflətən qapının döyüldüyünü və ardınca əməliyyatçıların içəri girərək onları bölməyə apardıqlarını, 23 noyabr 2024-cü il, saat 15:00-dan bölmədə qaldığını, 1 ay bundan qabaq pxisotrop maddə qəbul etdiyini, heç vaxt marixuana və yaxud başqa narkotik vasitələrindən istifadə etmədiyini, üzərindən də heç bir narkotik vasitəsi çıxmadığını, bundan başqa bölmədə ona tez-tez su verdiklərini, onu məhkəməyə gələn günü analiz verməyə apardıqlarını və rəy aldıqlarını, həmin rəylə tanış olmadığını, bundan başqa əşyalarını təhvil-təslim edilməsi barədə olan kağızdan başqa, heç bir rəsmi sənədə qol çəkmədiyini bildirərək, inzibati qaydada məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili X7 izahatında 23 noyabr 2024-cü il, saat 03:00-dan saxlanıldığını və 48 saatdan artıq saxlanılmış olduğunu, həmin bu zamanda heç bir hərəkət olmadığını, o, bu işə qoşulandan sonra şəxsin izahatı alınmış və məhkəməyə çıxarmaq üçün bu gün rəy aldıqlarını, bundan başqa şəxs tutularkən dərhal onun ailə üzvlərinə məlumat verilməli olduğu halda, şəxsin ailəsinə heç bir məlumat verilməmiş, şəxsin ailəsi DİN-in 102 zəng mərkəzinə zəng etdikdən sonra bu haqda məlumat aldıqlarını, bundan başqa şəxsin müdafiə hüquqlarının pozulduğunu, şəxslə görüşməyə şərait yaradılmadığını, tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlərlə tanış ola bilmədiyini, bundan başqa şəxs saxlanılarkən onu CM-nin 234.1-ci maddəsi ilə yükləmək istədiklərini, lakin o, vəkil kimi bu işə qoşulduğunda və Baş prokurorluğa, Suraxanı Rayon prokurorluğuna şikayət etdiyinə və əsas kimi də 48 saatdan artıq şəxsin saxlanılmasını bildirdiyinə görə şəxsi inzibati qaydada rəsmilləşdirdiklərini, bundan başqa şəxsə bölmədə tez-tez su verdiklərini və sonradan analizə apardıqlarını, həmin suyun tərkibin nə olduğunun məlum olmadığını və belə olan halda da ekspert rəyinin şübhə altına saldığını bildirərək, Şəxs barəsində tərtib edilmiş inzibati qaydada protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs və X5 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin X5 və Şəxs narkomaniyadan məcburi müalicəyə olunması məsələsini həlli, Şəxs yə X5 ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün qərarın surəti Suraxanı RPİ-nin 32-ci PB-nin aidiyyatı əməkdarına verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərarın surəti maraqlı tərəfə göndərilsin və qərarla razı olmadığı haİda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilməsi və material saxlanılması üçün Suraxanı RPİ-nin 32-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixçə Suraxanı RPİ-nin 32-ci PB-nə daxil olmuş xx.xx.2024-ci il tarixli 7443 №-li rəyindən görünür ki, Şəxs KANNABİNOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü, il tarixli X2 Narkotik Vasitələrin və X3 Hallarının Müəyyən edilməsi məqsədilə Tibbi müayinədən keçirilməsi haqqında 3294 saylı akta əsasən Şəxs sidiyindən THC(+) və MET(+) aşkar olunması göstərilmişdir. İş materiallarında olan AZA seriyalı 001244 saylı, 24 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs 24 noyabr 2024-cü il tarixində, saat 05:50-də tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5407/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5407/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver