Məhkəmə qərarları › İş №3(010)-5409/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5409/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5409/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1984-cü il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Türkmənistan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Abşeron quşçuluq sovxozu (yataqxana) ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 29 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş “X6 Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı filialında işə qəbul olunaraq “Qaynaq Briqadiri” işinə təyin edilmiş Şəxs şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Quşçuluq Sovxozu" nömrəsiz ünvanda yerləşən mərkəz ofisində qaynaq işlərinin təhlükəsiz aparılması üçün qəbul edilmiş işə şəraitindən asılı olaraq işçilərin təhlükəli istehsalat faktorlarından və texnoloji prosesin pozulması nəticəsində yaranan təhlükəli və zərərli istehsal amillərinin təsirindən qorumaları üçün tədbirlər görməyərək «İstehsalat prosesləri» 12.2.003-75 DST-nin 2.9.1 bəndinin tələblərini pozması ehtiyatsızlıqdan həmin şirkətdə qaynaqçı usta vəzifəsində işləyən X2 20 avqust 2022-ci il tarixdə beton boruları qaynaq edən zaman borunun onun sol əli üzərinə düşərək onun sol əlin arxa və ovuc səthlərinin əzilmiş-didilmiş yarası və İV barmağın səthi bükücü və açıcı vətərlərin kəsilməsi ilə müşayiət olunan İV daraq sümüyünün, İİİ barmağın proksimal falanqasının açıq sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. İnzibati materiallar araşdırılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, Türkmənistan Respublikasının vətəndaşıdır. Lakin, barəsində inzibati icraat başlanan zaman tərcüməçi ilə təmin edilməmişdir. Odur ki, onun hüquqları pozulmuşdur. Bakı şəhər Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X3 məhkəmədə bildirdi ki, inzibati araşdırma tərəflərindən aparılmamış, bu səbəbdən də, tərcüməçi dəvət edilməmişdir. Həmçinin, Şəxs Bakı şəhər Suraxanı Rayon Prokurorluğunda verdiyi izahatında bildirmişdir ki, Azərbaycan dilində başa düşür. İnzibati materiallar məhkəmədə araşdırılarkən müəyyən edilmişdir ki, Türkmənistan Respublikasının vətəndaşı olan Şəxs barəsində inzibati icraat başlanan zaman Bakı şəhəri Suraxanı rayon Prokurorluğu tərəfindən tərcüməçi dəvət edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiallar natamam olduğuna görə Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiallar Bakı şəhəri Suraxanı rayon Prokurorluğuna geri qaytarılsın. Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar