Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5411/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Alizadeh İrajın (Əlizadə İracın) iştirakı ilə, xx.xx.1973-cü ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Alizadeh İrajın (Əlizadə İracın) Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Alizadeh İraj (Əlizadə İrac) Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət olunmuş, xx.xx.2022ci il tarixli 7165 №-li saylı tibbi ekspert rəyinə əsasən narkotik maddələrin istifadəçisi olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alizadeh İraj (Əlizadə İrac) yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Suraxanı rayonunda yerləşən 85 saylı orta məktəbdə oxuyub və buna görə azərbaycan dilinin latın əlifbası ilə yazıb oxumağı bacarır. ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00-də evində olduğu zaman polis əməkdaşları onun evinə gəlmiş, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirərək, evində axtarış aparılmış, lakin evindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Suraxanı rayonu 31-ci PB-nə dəvət etmiş və üzərinə baxış zamanı da hər hansı bir narkotik vasitə aşkar etməmişlər. xx.xx.2022-ci il tarixdə təyin olunmuş tibbi ekspertizaya əsasən narkotik maddələrin istifadəçisi olması müəyyən edilmişdir. Halbuki, o, əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alizadeh İraj (Əlizadə İrac) yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, o, Suraxanı rayonunda yerləşən 85 saylı orta məktəbdə oxuyub və buna görə azərbaycan dilinin latın əlifbası ilə yazıb oxumağı bacarır. ünvan 1 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00-də evinin yaxınlığında olduğu zaman mülki geyimdə olan iki nəfər ona yaxınlaşaraq, özlərini təqdim etmişlər, o, sonuncuların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları narkotik vasitələrin qəbulu ilə əlaqədar şübhəli olduğunu bildirmişdir. O, sonunculara narkotik vasitə istifadəçisi olduğunu və əvvəllər qəbul etdiyini bildirmişdir. Polis əməkdaşları onu Suraxanı rayonu 31-ci PB-nə dəvət etmiş və üzərinə baxış zamanı hər hansı bir narkotik vasitə aşkar etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş materialları təsdiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 7165 saylı rəydən görünür ki, Alizadeh İrajdan (Əlizadə İracdan) götürülmüş sidik nümunəsində OPİ (+), MOP (+),aşkar olunmuş, AMP (-) THC (-), MTD (-), BZO (-), COC (-), TCA (-), BAR (-) və MDMA (-)aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 7165 №-li rəyindən görünür ki, Alizadeh İrajda (Əlizadə İracda) kannobioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Alizadeh İraj (Əlizadə İrac) Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati protokol tərtib edilmiş Alizadeh İraj (Əlizadə İrac) məhkəmə iclası zamanı dindirilərkən, ona istinad edilən inzibati xətanı törətmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Onun İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları əsaslı sübut kimi qəbul edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Alizadeh İraj (Əlizadə İrac) Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tətbiq edilməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 37.1, 37.3, 37.4, 37.5, 37.7-ci maddələrinə əsasən «İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur», «Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar», «Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir», «Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir», «İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Alizadeh İraj (Əlizadə İrac) Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx.xx.2022-ci il saat 17:30-dan hesablansın. Alizadeh İraj (Əlizadə İrac) barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs növündə inzibati tənbehi çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmaqla, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın bu hissədə icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsinə, inzibati həbs yerinə və Alizadeh İrajın (Əlizadə İracın) yaşayış yeri üzrə probasiya qurumuna həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5411/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5411/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver