Məhkəmə qərarları › İş №3(010)-5412/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5412/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5412/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun, Borclu Şəxs X1 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli, 2(010)- 5262/2013 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli 2(010)-89/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 22 noyabr 2013-cü il tarixdən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 09 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 93 (doxsan üç) manat miqdarında aliment tutulması qət etmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(010)-7578/2017 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin 20 dekabr 2013-cü il tarixli 2(010)-5262/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 09 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat miqdarında aliment tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2013cü il tarixli, 2(010)-5262/2013 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli 2(010)-89/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 22 noyabr 2013-cü il tarixdən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 09 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 93 (doxsan üç) manat miqdarında aliment tutulması qət etmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(010)-7578/2017 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin 20 dekabr 2013-cü il tarixli 2(010)-5262/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 09 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat miqdarında aliment tutulması qət edilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələblərini icra etmədiyinə görə artıq bir dəfə inzibati məsuliyyətə cəlb edilmiş, Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 3(010)-220/2019 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilmişdir. Qərar qəbul edildikdən sonra borclu barəsində yenidən bütün icra tədbirləri həyata keçirilmiş, yenidən ona borcun ödənilməsinin zəruriliyi izah edilmiş, lakin bu tədbirlərin heç bir nəticəsi olmamışdır. Nəticə etibarı ilə borclu barəsində hazırki inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Hazırda Şəxs 7387 manat məbləgində aliment borcu vardır. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli, 2(010)-5262/2013 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli 2(010)-89/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 22 noyabr 2013-cü il tarixdən ondan iddiaçı X2 xeyrinə 09 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 93 (doxsan üç) manat miqdarında aliment tutulması qət etmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(010)-7578/2017 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin 20 dekabr 2013-cü il tarixli 2(010)-5262/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, ondan iddiaçı X2 xeyrinə 09 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat miqdarında aliment tutulması qət edilmişdir. Alimentin ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır. Məhkəmədə izahat vermiş tələbkar X4 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli, 2(010)-5262/2013 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli 2(010)-89/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 22 noyabr 2013-cü il tarixdən cavabdeh Şəxs onun xeyrinə 09 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 93 (doxsan üç) manat miqdarında aliment tutulması qət etmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(010)-7578/2017 saylı icra vərəqəsinə əsasən Bakı şəhər Suraxanı rayon məhkəməsinin 20 dekabr 2013-cü il tarixli 2(010)-5262/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs onun xeyrinə 09 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 137 (yüz otuz yeddi) manat miqdarında aliment tutulması qət edilmişdir. İş üzrə borclu alimenti ödəməkdən imtina edir. Bunun nəticəsində o, uşağının elementar maddi tələbatlarının ödənilməsindən belə məhrum olunmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 29 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli, 2(010)-5262/2013 saylı icra vərəqəsinə əsasən Şəxs aliment borcu yaranmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 3(010)-220/2019 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmənin Qərarında qeyd olunmuşdur ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə Şəxs cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 29 noyabr 2022-ci il saat 17:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar