Məhkəmə qərarları › İş №3(010)-5413/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5413/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5413/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun, Borclu Şəxs, X1 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(010)-830/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 11 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat və 25 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019cu il tarixli, 2(010)-830/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 11 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat və 25 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutulması qət edilmişdir. Belə ki, borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, işləməməsini, xəstə olmasını əsas gətirərək, hazırki vaxtadək ödəniş etməmişdir. Hazirda Şəxs 2240 manat məbləgində aliment borcu vardır. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(010)-830/2019 saylı icra vərəqəsinə əsasən ondan iddiaçı X2 xeyrinə 11 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat və 25 avqust 2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutulması qət edilmişdir. Hazırda heç bir yerdə işləmir, xəstədir, bu səbəbdən icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş tələbkar X3 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(010)-830/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs onun xeyrinə 11 dekabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat və 25 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. İş üzrə borclu alimenti ödəməkdən imtina edir. Bunun nəticəsində o, uşağının elementar maddi tələbatlarının ödənilməsindən belə məhrum olunmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 29 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(010)-830/2019 saylı icra vərəqəsinə əsasən Şəxs aliment borcu yaranmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə Şəxs cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 29 noyabr 2022-ci il saat 17:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar