Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5446/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 noyabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə mülahizə ünvanlayaraq qeyd etmişdir ki, inzibati xəta haqqında protokolla məhkəmənin sayəsində tanış olduqdan sonra aydın olmuşdur ki, “Cəmiyyətin dəmiryolu nəqliyyat vasitələri ilə idxal etdiyi “buğda” yükünə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. Göstərilən məsələ ilə bağlı MMC-nin inzibati araşdırmanın aparılmasından məlumatı olsa idi, mütləq şəkildə bu barədə izahat və sübutlar təqdim edərdilər. Belə ki, “buğdanın” ölkə ərazisinə gətirilməsinə dayışıcı təşkil edir, dayışıcı isə dəmiryoludur. Mal alıcıdan daşıyıcı şirkət vasitəsilə MMC-yə göndəriləndə, həmin vaqonların nömrəsi Cəmiyyətə məlum olmur, Cəmiyyət istəsə belə həmin vaqonlar barədə gömrük qurumuna bəyan vermək imkanında olmur. Çünki malı hansı vaqonla daşınması barədə Cəmiyyətdə məlumat olmur. Belə olan halda həmin bəyannaməni daşıyıcı verməlidir. Belə qısa izahatla məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Xaçmaz Gömrük İdarəsinin məhkəməyə təqdim etdiyi “bildiriş və məlumatlandırmalar” real olaraq həyata keçirilməmişdir. Cəmiyyətə araşdırma barədə məlumat verilmiş olsa idi, mütləq şəkildə həmin icraatda nümayəndəsinin iştirakını təmin edərdi. Bunun əksi üçün heç bir səbəb yoxdur. Lakin, nədənsə Xaçmaz Gömrük İdarəsi Cəmiyyətin iştirakını real olaraq təmin etmək istəməmiş, görünüş üçün formal sənədlər tərtib edərək məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, xx.xx.2024-cü il tarixli məktubla Cəmiyyətin iş üzrə icraatda iştirakını təmin etmək üçün məktub göndərilmiş, iştirak etməmişdir. Belə bir məktub MMC-yə daxil olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatdan heç bir məlumatları olmamış, gömrük qurumu məhkəməyə formal məktub təqdim etmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, guya inzibati xəta haqqında protokol və işə baxılmanın vaxtı və yeri haqqında qərardadın surəti MMC-yə göndərilmiş, xx.xx.2024-cü il tarixə, saat 10:00-a işə baxılmanın vaxtı təyin edilmişdir. Faktiki olaraq belə bir məktub Cəmiyyətə daxil olmamış, bu barədə təsdiqedici sənədələr məhkəməyə təqdim edilməmişdir. Çünki belə təsdiqedici sənəd mövcud deyildir. Bu hissədə də Xaçmaz Gömrük İdarəsi prosessual qaydalara əməl etməsi görünüşünü yaratmaq üçün məhkəməyə formal məktub təqdim etmişdir. Cəmiyyət üçün həqiqətən maraqlıdır ki, hansı səbəbə görə formal olaraq materiala əlavə edilmiş sənədlər, real olaraq Cəmiyyətə göndərilməmiş, onun iştirakı təmin edilməmiş, dəlil və etirazını təqdim etmə imkanı təmin edilməmişdir. 21-ci əsr müasir dövrdə məktub və bildirişin çatıdırılması üçün bir çox vasitələr mövcuddur. Ən azından Cəmiyyətin VÖEN və poçt ünvanı vasitəsilə ona məlumatın verilməsi mümkün idi. Cəmiyyətin inzibati xəta haqqında iş üzrə icraatda bilə-bilə iştirak etməməsi, dəlil və etirazını təqdim etməməsi heç bir şəkildə ağlabatan ola bilməz. Ona görə ki, məhkəmə bildirişini aldıqdan sonra Cəmiyyət əlavə xərc çəkərək, vəkillə hüquqi yardım haqqında xidmət müqaviləsi bağlayaraq, məhkəməyə öz dərdini çatdırırsa, demək ki, məlumat veriləndə Cəmiyyət öz nümayəndəsinin iştirakını, yazılı etiraz və dəlillərini təqdim etməyi bacarır. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı təmin edilməmiş, inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən imzalanmamış, imzalamaqdan imtina edildiyi halda bu barədə protokolda hər hansı qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı göstərilməmiş, eyni zamanda «protokolun surətini aldım» qrafası doldurulmamış, yəni protokolun inzibati xətaya yol vermiş şəxs tərəfindən alındığı və ya almaqdan imtina edildiyi barədə məlumat öz əksini tapmamışdır. Xaçmaz Gömrük İdarəsi protokol tərtib edərkən barəsində protokol tərtib edilmiş hüquqi şəxs MMC-nin nümayəndəsinin izahatın alınmamasını onunla əsaslandırmırmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs səlahiyyətli nümayəndəsinin iştirakı üçün lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edilərkən iştirak etməmişdir. Belə ki, inzibati xəta haqqında materiala nəzər salınsa müəyyən olunur ki, inzibati orqan tərəfindən MMC-yə icraatın başlanılması barədə məktubu göndərmiş, məktubun hüquqi şəxsə çatdırılması barədə hər hansı mötəbər sübut əlavə etməmişdir. Protokolda MMC-nin nümayəndəsinin çağırış üzrə gəlmədiyi, gəlməməsinin səbəbini bildirməməsi göstərilsə də, həmçinin protokola inzibati xəta haqqında işə baxılması ilə bağlı MMC-yə məlumat verilməsi barədə məktub əlavə edilsə də, həmin məktubun göndərilməsi və ünvana çatdırılması ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Göstərilənləri nəzərə almağı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarına əlavə olunmuş sənədlərdən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin (vəkilinin) təqdim etdiyi mülahizədən görünür ki, inzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına zidd olaraq tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından irəli gələn prosessual hüquqları pozulmuşdur. Müvafiq icraat zamanı digər qanun pozuntularına da yol verilib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 109, 118ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 noyabr 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə qaytarılsın. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-5446/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5446/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver