Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5448/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə inspektoru X7, Zərərçəkmiş şəxs X3, Şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Osmanbəy” ayaqqabı fabrikində qablaşdırıcı vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Suraxanı rayon Polis şöbəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə qonşuluqda yaşayan Göyüşova Türkanə Şəxs ilə qarşılıqlı mübahisə etmiş və xəsarətlər yetirmişlər. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə inspektoru X10 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs 31-ci Polis Şöbəsinin sahə rəisi X10 protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qonşusu olan X3 oğlu ilə onun oğlu sinif yoldaşıdırlar. Türkanə Göyüşovanın oğlu onun oğlunu döymüş, buna görə də o, Türkanə Göyüşova ilə mübahisə etmiş, oğlunun paltarlarını ona göstərmişdir. Mübahisə zamanı anidən Türkanə onun boğazından yapışmış, o da özünü müdafiə etmək üçün onun qolundan yapımışdır. Yəni ekspert rəyində yazıldığı kimi xəsarət mövcud olduğu təqdirdə də, o, bunu qəsdən etməmiş, özünü müdafiə etmişdir. Onun qolunda da müəyyən şişliklər var idi, həmçinin də oğlundan da xəsarətlər var idi. Buna görə də o, mübahisə bitdikdən dərhal sonra DİN-nin 102 zəng mərkəzinə şikayət etmiş və dərhal ərizə yazmaq üçün polis bölməsinə getmişdir. Özü tərəfindən xəsarət yetirilsə idi, heç şikayət də etməmiş olardı. Son olaraq o, hazırda Türkanə Göyüşova ilə barışdığın, onun barəsində tərtib edilmiş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında heç bir xəsarət yetirmədiyini, əksinı onun qolundan tutaraq sıxdığını, Şəxs dediyinə görə oğlu onun oğlunu vurmuşdur, o da öz növbəsində oğlundan bu barədə soruşmuş, oğlu da Rənanın oğlunun söyüş söydüyü üçün vurmuş olduğunu, bütün bunlara görə aralarında mübahisə yarandığını, onun qolundan tutaraq sıxmış olduğunu,o, Rənaya heç bir xəsarət yetirmədiyini, buna görə də ekspert rəyi ilə razı olmadığını bildirmiş, sonda o, hazırda zərərçəkmiş şəxs Şəxs ilə barışmış olduğunu, ona qarşı heç bir şikayəti, tələbi olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. . Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 02 oktyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X9 və X11 barəsində cinayət və inzibati xəta haqqında icraatların başlanılması rədd edilməli və onlarla profilaktiki söhbətlər aparılmasından ötrü hazırki qərarın surəti PŞ-nin YYÇ üzrə inspektoruna həvalə edilməsi, materialda Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətlər olmadığından həmin maddə ilə cinayət işinin başlanılması rədd edilməsi, X3 və Şəxs barələrində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunması, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərar barədə maraqlı tərəfə məlumat verilməsi və aterial saxlanılması üçün Suraxanı RPİ-nin 31-ci PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının 779 saylı xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Şəxs boyunun sol yan səthinin sıynğı, sol bazunun qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. .Xarakterinə və lokalizasiyasma görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. Məhkəmə tibbi ekspertizasının 778 saylı xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir kı, azyaşlı X1 almacıq nahiyəsinin zolaq şəkilli qançırları, gövdənin arxa səthinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətlərdən sol almacıq nahiyəsinin qançırları müayinədən 1-2 gün əvvələ, gövdənin arxa səthinin sıyrıqları isə 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Məhkəmə tibbi ekspertizasının 783 saylı xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, X2 dirsək oynağı nahiyəsinin və sağ saidin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Məhkəmə iclasında inzibati protokol tərtib edilmiş Şəxs oğlu yazılı şəkildə ərizə verərək bildirmişdir ki, X8 ilə barışdığını ona qarşı heç bir şikayəti, tələbi, iddiası olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 yazılı şəkildə ərizə verərək bildirmişdir ki, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə zərərçəkmiş şəxsin inzibati protokol tərtib edilmiş şəxslə barışdığı üçün inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5448/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5448/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver