Məhkəmə qərarları › İş №3(010)-5453/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5453/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5453/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs,, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X4, Şəxs qızının, xx.xx.1966-cı ildə Kürdəmir rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Suraxanı rayon Polis şöbəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 20:00-da ünvan 3 ünvanında Nəsirov X3 Əntiqə Adəm qızının bədəni üzərində küt əşya ilə törənmiş boyun sıyrıqları qançırları ilə nəticələnən xəsarətlər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs 31-ci Polis Şöbəsinin sahə rəisi X2 protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X6 gəlini Zəhranın anasıdır. Zəhra 3 il olar ki, onun gəlinidir. O, yaşadığı evin həyətindən bir otaqlı ev tikib oğlu Pünhana yaşaması üçün vermişdir. Lakin Zəhranın anası onun ailə məsələlərinə qarışıb hər dəfə evində mübahisələr yaradır. xx.xx.2024-cü il tarixdə Əntiqə Novruzova heç bir səbəb olmadan onun evinə daxil olub su sayağacından oğluna verdiyi evə su çəkmək istədi. O, ona mane olduqda, o, su sayağacını sındırdı və onun üzərinə gəldi. Mübahisə zamanı o üzərinə gəlib onu evin qapısına sıxışdırdı. Bu zaman onun dişi qırıldı.O, onları qapıdan çıxarmaq üçün polisə məlumat verdi. Polislər ünvana gəldikdən sonra onlar qapıdan çıxıb onun ünvanıma nalayiq ifadələr işlətməyə başladılar. O, nə edəcəyini bilmədiyindən DİN-nin “102” xidmətinə məlumat verdi və həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etdi. Gəlini Zəhra isə onun üzərinə gəlib onu döyməyə çalışdı, lakin Zəhra ona xəsarət yetirmədi. O, ümumiyyətlə zərərçəkmiş şəxsə əlini belə vurmamışdir. Əntiqə Novruzovanın necə biri olduğunu bildiyindən, ümumiyyətlə ona yaxın getməmiş, lakin onu vurduğu və qanunsuz evinə daxil olduğundan polisə şikayət etmişdir. Sonda o, hal-hazırda X6 ilə barışmış olduğunu buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 bildirmişdir ki, Şəxs onun qudasıdır. Qızı Zəhra 3 il olar ki, Subhi Nəsirovun gəlinidir. O, Subhi Nəsirovla qohum olandan daim mübahisələr edib polisə verib. Qızının yaşadığı evdə su olmadığından kürəkəni Pünhan atasına öz həyətindən su verməsini xahiş etdi. Sübhi buna ilk öncə razı olsada sonradan razılıq vermədi. xx.xx.2024-cü il tarixdə Pünhan evə zəng edərək atası ilə danışdığını və su çəkilməsinə razılıq verildiyini bildirdi. O, həmin qapıya gedib ustalara hansı qaydada suyun çəkilməsini göstərmək istədikdə Sübhi qapını açmadı. Sonradan qardaşı oğlu Tamerlan Sübhiyə zəng edərək qapını açmasını istədi. Sübhi qapını açdıqda mən ondan suyu çəkmək üçün ustalara yeri göstərəcəyini bildirdi. Sübhi isə “sən kimsən mənim qapıma daxil olmusan dedi”. Bu zaman aralarında sözlə mübahsə yarandı. Mübahisə zamanı Sübhi onu çölə itələyib üzünün sol tərəfindən bir dəfə sillə vurdu. O, çölə çıxdıqdan sonra polisə məlumat verdi. Hadisə zamanı Sübhi qızının ünvanına nalayiq ifadələr söydü. Qızı da onunla mübahisə etdi, onu vurmadı və ona hər hansısa xəsarət yetirmədi. O, hələdə başa düşməmişdir ki, döyülən və söyülən olmasına baxmayaraq, barəsində şikayət edilmişdir. Onun tərəfindən birbaşa heç bir zərbə və yaxud fiziki müdaxilə edilməmişdir. onda o, hazırda Şəxs ilə barışmış olduğunu, ona qarşı heç bir şikayəti, tələbi olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, X4 olduğu ünvana tez-tez gəldiyini, çünki ailəvi gediş - gəlişləri olduğunu, hadisə olan günü də o, qonaq kimi həmin ünvanda öz ailəsi ilə birlikdə olan zaman qəflətən qapının döyüldüyünü və Şəxs tərəfindən onlara suyun verilməsini dayandırdığını bildirdiyini, Sübhi ilə Əntiqə Novruzova arasında mübahisə başladığını, Sübhi tərəfindən Əntiqə Novruzovaya üz nahiyyəsindən bir şillə vurmuş olduğunu və Əntiqə Novruzova da onu qapıya qədər itələdiyini görmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 noyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs və qudası Əntiqə Novruzovanın barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Suraxanı RPİ-nin 31-ci PŞ-nə göndərilməsi, Şəxs və qudası Əntiqə Novruzovanın arasında yaranmış mübahisəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərinin qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınması və qovluq açılaraq tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Suraxanı RPİ-nin 31-ci PŞ-nə göndərilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi və material saxlanılması üçün Suraxanı RPİ-nin 31-ci PŞnin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 910 nömrəli rəyindən görünür ki, 1984-ci il təvəllüdlü X4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol qulaq seyvanın qançırları küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə əl ilə vurulma nəticəsində əmələ gələ bilərlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Məhkəmə iclasında inzibati protokol tərtib edilmiş Şəxs yazılı şəkildə ərizə verərək bildirmişdir ki, X6 ilə barışdığını ona qarşı heç bir şikayəti, tələbi, iddiası olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 yazılı şəkildə ərizə verərək bildirmişdir ki, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi olmadığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə zərərçəkmiş şəxsin inzibati protokol tərtib edilmiş şəxslə barışdığı üçün inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar