Məhkəmə qərarları › İş №3(010)-5459/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5459/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5459/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 12 avqust 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və protokola əlavə olunmuş digər sənədlərdən görünür ki, Şəxs 07 avqust 2024-cü il tarixdə saat təxminən 13 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində idarə etdiyi “KİA RİO” markalı **-FY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ona iki ədəd dərman almış və 50 manat pul vermişdir. Elçinin aldığı 16.80 manat dəyərində bir dərmanı geri qaytarmamış, onun mədəsində xəstəlik olduğu üçün həmin dərmanı başqası ilə dəyişdirmişdir. Onun hələ də başında ağrılar olur. O, göstərilənlərə əsasən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək qeyd etmişdir ki, hadisə baş verən vaxt o, X5 çağırmış, Zərərçəkmiş şəxs ilə birlikdə Sabunçu xəstəxanasına getmişlər. Orada baş həkim Zərərçəkmiş şəxs ayaq və çiyninin əzildiyini, başında silkələnmə olduğunu bildirmişdir. Sabahkı gün o, meyvə-tərəvəz alaraq Namiqin evinə getmiş, stola 50 manat pul qoymuşdur. Namiqin dərmanları üçün 132 manat və əlavə 25 manat ödəniş etmiş, bülletenə çıxması və həkimə ödəniş etmək üçün 20 manat pul vermiş, 255 manat pulu isə Namiqin kartına göndərmişdir. Namiq onun aldığı 16.80 manat dəyərində bir dərmanı geri qaytarmış və həmin pulu da özü üçün götürmüşdür. Həmçinin Namiqin xəstəxanaya gedib-gəlməsi üçün taksilərə pul ödəmişdir. O, göstərilənlərə əsasən məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, həmin materialda olan zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 tərəfindən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Şəxs ayıqdır, onda alkoqol qəbulu əlamətləri yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4n canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 619 nömrəli ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin silkələnməsi, sol yanaq nahiyəsinin sıyrıqları, burunun qançır və sıyrığı, sol dirsək oynağının, sol çiyinüstü nahiyənin sıyrıqları, sol bayır topuq nahiyəsinin sıyrığı, sağ diz oynağının səthi əzilmiş yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; Şəxs tərəfindən verilən izahatdan görünür ki, 07 avqust 2024-cü il tarixdə təxminən saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Suraxanı qəsəbəsi istiqamətinə saatda 50 km sürətlə hərəkət etdiyi zaman anidən sağdan sola yolu iti yeriyiş ilə keçən bir nəfər şəxs idarə etdiyi avtomobilin sol ön hissəsinə çırpılmışdır. O, dərhal avtomobili dayandırmış və həmin şəxsə kömək etmək istəmişdir. Həmin vurulan şəxs X5 vasitəsi ilə X2 çatdırılmışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır, avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur; Zərərçəkmiş şəxs tərəfindən verilən izahatdan görünür ki, 07 avqust 2024-cü il tarixdə saat təxminən 13 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olarkən yolu piyada keçən zaman sağa baxan zaman diqqətsizlik etmiş və yolun sol tərəfindən gələn göy rəngli avtomobili görməmiş və nəticədə həmin avtomobil onun sağ tərəfindən dəyərək yerə çırpılmışdır. Qarşı avtomobilin sürücüsü vəziyyətindən narahat olaraq dərhal X5 stansiyasına zəng etmişdir. Az sonra hadisə yerinə X5 stansiyasının əməkdaşları gəlmiş, onu müayinə edib Sabunçu xəstəxanasına aparmışlar. Sabunçu xəstəxanasında onu müayinə edib ambulator müalicə üçün evə buraxmışlar. O, hadisə zamanı xəsarət almışdır; etibarnamənin surətindən görünür ki, “KİA RİO” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Şəxs xx.xx.2025-ci il tarixədək etibarnamə verilmişdir; Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş; qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Suraxanı RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməli olduğu qərara alınmışdır; Bakı şəhəri Suraxanı DYPŞ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, vurulmuş zərərin əvəzinin qismən ödənilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar