Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5460/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayonu 31-ci Polis Bölməsinin sahə inspektoru Akif Məmmədzadənin iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhəri doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-cu PB tərəfindən Şəxs barəsində 20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayonu 31-ci Polis Bölməsinin sahə inspektoru Akif Məmmədzadə tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Akif Muradova məxsus “LG” markalı mobil telefonu avtomaşından oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Ford Tranzit” markalı avtomobilin yanından keçərkən avtomobilin salon hissəsində olan mobil telefona zəng gəldiyini görmüş, həmin avtomobilin sahibi tanış olduğundan həmin telefonu götürdüyünü, ona görə ki, həmin avtomobilin içərisində bahalı ehtiyyat hissələri olmasından, həmin telefonu yerinə qoya bilməmiş, “Dəniz” adllı tanışı təsadüfən gördüyünü və telefonu sahibinə çatdırması üçün ona vermiş, o da telefonu sahibinə çatdırmışdır. Son olaraq o, törətmiş olduğu əməlindən səmimi peşman olduğunu bildirərək, inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayonu 31-ci Polis Bölməsinin sahə inspektoru Akif Məmmədzadə izahat verərək göstərmişdir ki, Araşdırma zamanı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17, ev 11-də yaşayan X1 xx.xx.2023-cü il tarixdə ərizə ilə Suraxanı RPİ-nin 31-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, yaşadığı evin qarşında saxladığı avtomobildən “LG Q6+” markalı mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. X1 bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı X1 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində özünə məxsus etibarnamə əsasında idarə etdiyi “Ford tranzit” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qarşısında saxlayıb evə getmişdir. Saat təxminən 21 radələrində avtomobilinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs və ya şəxslərin avtomobilin salon hissəsində olan “LG Q6+” markalı, İMEİ kodunu xatırlamadığı, üzərində ***-***-**-** saylı mobil nömrə olan 120 manat dəyərində olan mobil telefonunun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində 120 manat maddi ziyan dəymişdir. Aparılmış təhqiqat araşdırması zamanı Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşlarının keçirdikləri ƏAT-i nəticəsində hadisəni törətməkdə şübhəli bilinən xx.xx.1987-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Ş.Məhərrəmov küçəsi, ev 67-də yaşayan Şəxs saxlanılaraq təhqiqat orqanına təmin edilmişdir. Şəxs izahat verərək oğurluq hadisəsini törətdiyini səmimi etiraf etmişdir. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elnur Mənsimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Muradov .Arif Əlimurad oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadığına görə rədd edilməsi, X1na məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti aidiyyəti əməkdaşa verilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilməsi, qərarın surəti X1na göndərilməsi və material saxlanması üçün Suraxanı RPl-nin 31-ci PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin polis sahə inspektoru Akif Məmmədzadə tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Akif Muradova məxsus “LG” markalı mobil telefonu avtomaşından oğurlandığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hallar kimi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ziyanın ödənilməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5460/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5460/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver