Məhkəmə qərarları › İş №3(010)-5461/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5461/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5461/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsi Hakim: Əliyev Samir İmamverdi oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 qızının katibliyi Şikayətçi: Ələsgərov Vüsal Arı̇ f oğlunun iştirakı ilə Ələsgərov Vüsal Arı̇ f oğlunun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24768232 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verilmiş şikayətinə baxaraq, müəyyən etdi: Ələsgərov Vüsal Arı̇ f oğlunun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24768232 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayətçi Ələsgərov Vüsal Arı̇ f oğlu şikayəti müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “CEVROLET CRUZE” markalı, **-AM-*** dövlət nömrə nişanlı avtomobillə Z.Bünyadov pr-ti Azpetrol YDM ərzasində hərəkətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə onun telefonuna EQ 24768232 saylı protokol üzrə xx.xx.2024-cü il tarixdən etibarən icra qərarının qüvvəyə minməsi ilə bağlı sms gəlmişdir.O elektron kabinetinə nəzər saldıqda,barəsində xx.xx.2024-cü il tarixdə EQ 24768232 nömrəli elektron qərar qəbul edildiyini görmüşdür. Onun barəsində elektron qaydada tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24768232 nömrəli elektron qərar onun şəxsi kabinetinə dərhal yerləşdirilməli olduğu halda, xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş,həmçinin elektron kabinetdə olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi,törətdiyi xətanın qısa məzmunu,xətanın törədildiyi yer və vaxt,cərimənin məbləği,inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi və sairə göndərməli olduğu halda qanunun bu tələblərinə əməl edilməmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24768232 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin nümayəndəsi işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş asanpay.az tədbiqi vasitəsi ilə Ələsgərov Vüsal Arı̇ f oğluna SMS vasitəsi ilə göndərilmiş bildirişdən görünür ki, ona bildiriş göndərilərək, barəsində tərtib edilmiş EQ 24768232 saylı protokolun xx.xx.2024-cü il tarixdən etibarən icra qərarı qüvvəyə mindiyi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24768232 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Ələsgərov Vüsal Arı̇ f oğlu xx.xx.2024-cü il tarixdə, saat 18:03-də Z.Bünyadov prospekti, Azpetrol YDM Ts6-100 ərazidə Chevrolet Cruze minik markalı ** AM *** nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yol nişanları tələblərinə riayət etməməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.5-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 122.1-ci maddəsinə əsasən 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq, hesab edir ki, Ələsgərov Vüsal Arı̇ f oğlunun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin EQ 24768232 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadığından və həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilmədiyindən Ələsgərov Vüsal Arı̇ f oğlunun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin EQ 24768232 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarı ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Ələsgərov Vüsal Arı̇ f oğlunun şikayət təmin edilsin. Ələsgərov Vüsal Arı̇ f oğlunun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24768232 saylı protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Suraxanı Rayon Мəhkəməsinin hakimi Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar