Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5462/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, X1nun iştirakı ilə, X2 DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 24768233 nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DİN BDYPİ tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli, EQ 24768233 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi «Cevrolet Cruze» markalı, **-AM-*** dövlət nömrə nişanlı avtomobillə Z.Bünyadov prospekti Qızlar YDM-nın yaxınlığında 20 yanvar istiqamətində hərəkdə olmuşdur. Həmin gündən bir müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə onun telefonuna EQ 24768233 protokol üzrə xx.xx.2024-cü il tarixdən etibarən icra qərarının qüvvəyə minməsi ilə bağlı sms gəlmişdir. O, elektron kabinetinə nəzər saldıqda məlum olmuşdur ki, barəsində 14 noyabr 2024-cü il tarixdə EQ 24768233 nömrəli elektron qərar qəbul edilmiş və həmin qərar əsasında o, icbari sığorta müqaviləsinin bağlanmaması səbəbindən 50 manat məbləğində cərimə olunmuşdur. EQ 24768233 nömrəli elektron qərar onun şəxsi kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qanunvericiliyin tələblərindən görünür ki, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərməlidir, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərməlidir. Lakin onun barəsində elektron qaydada tərtib edilmiş sözügedən qərar elektron kabinetə dərhal, yəni xx.xx.2024-cü il tarixdə yerləşdirməli olduğu halda, tərtib edilməsindən 11 gün sonra, xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, həmçinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərməli olduğu halda isə qanunun bu tələblərinə ümumiyyətlə əməl edilməyərək ona heç bir sms məlumatı göndərilməmişdir. Ona göndərilən sms isə ancaq qərarın qüvvəyə minməsi ilə bağlı məlumat olmuşdur. Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ardıcıl altı gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olmuşdur. O həmin müddətdə icbari sığorta müqaviləsinin bağlaya bilmədiyindən, ilk iş günü sayılan 14 noyabr 2024-cü il tarixdə həmin müqaviləni rəsmiləşdirmişdir, yəni 14 noyabr 2024-cü il tarixdə saat 11:00 radələrində öz avtomobilini sığorta etdirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8.4-cü maddəsinin tələblərinə əsasən “əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir”. Onun avtomobilinin sığorta olunması müddətinin son günü qeyri-iş gününə düşdüyü üçün, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilməlidir. Lakin barəsində tərtib edilmiş elekton qərar qəbul edilərkən qanunun bu tələbləri nəzərə alınmadan barəsində qərar iş gününün müddəti bitdiyi vaxtlarda deyil, başlandığı saatlarda (saat 08:39-da) qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, EQ 24768233 nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixli, EQ 24768233 nömrəli protokola əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 50 manat məbləğində cərimə edilmişdir; sms bildirişin surətindən görünür ki, EQ 24768233 nömrəli protokol üzrə xx.xx.2024-cü il tarixdən etibarən icra qərarı qüvvəyə minib; iş materiallarına əlavə edilmiş fotoşəklin surətindən görünür ki, Z.Bünyadov pr. Qızlar YDM-nin yaxınlığı 20 yanvar istiqamətində olan «CEVROLET CRUZE» markalı, **-AM-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə saat 08:39-da DİN BDYPİ tərəfindən fotosu çəkilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarla X4 qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 50 manat məbləğində cərimə edilmişdir. X1 inzibati cərimənin qanunsuz yazıldığını, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ardıcıl altı gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olduğunu, o həmin müddətdə icbari sığorta müqaviləsinin bağlaya bilmədiyindən, ilk iş günü sayılan 14 noyabr 2024-cü il tarixdə həmin müqaviləni rəsmiləşdirdiyini, yəni 14 noyabr 2024-cü il tarixdə saat 11:00 radələrində öz avtomobilini sığorta etdirdiyini, onun avtomobilinin sığorta olunması müddətinin son günü qeyri-iş gününə düşdüyü üçün, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edildiyini, lakin barəsində tərtib edilmiş elekton qərar qəbul edilərkən qanunun bu tələbləri nəzərə alınmadan barəsində qərar iş gününün müddəti bitdiyi vaxtlarda deyil, başlandığı saatlarda (saat 08:39-da) qəbul edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, EQ 24768233 nömrəli inzibati tənbeh haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, xx.xx.2024-cü il tarixli, EQ 24768233 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, EQ 24768233 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN BDYPİ-nə qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-5462/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5462/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver