Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5466/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, Anar Qasımovun iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli 2 azyaşlı uşağı olan, "xxxx" MMC-də icraçı direktor işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, 02 dekabr 2024-cü il tarixdə saat 08:05 radələrində avtomobil ilə hərəkət edən zaman polis əməkdaşları onu saxlamış və o, polis əməkdaşlarına açıqca hörmətsizlik edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində 02 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək izahatında bildirdi ki, 01 dekabr 2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində FHN qarşısında özünə məxsus **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilini Suraxanı rayon X8 Şöbəsinin əməkdaşları saxlamış və ona cərimə yazmaq istəyən zaman cərimə balının çox olmasını bildirmişlər və aralarında münaqişə yaranmışdır. Belə ki, o həqiqətən də xəttin tələbini pozaraq qarşı hərəkət istiqamətinə çıxaraq hərəkət etmiş, buna səbəb isə avtomobilində azyaşlı uşağının olması və onu idmana aparması olmuşdur. Uşağın dərsi başladığından gecikməmək üçün qayda pozmuşdur. Polis əməkdaşı ona yaxınlaşan zaman ona avtomobildə uşaq olduğunu ona görə də cərimə yazmasını bildirmiş, lakin polis əməkdaşı onun vaxtını aldığı üçün o, polis əməkdaşlarını söymüş, avtomobili hərəkətə gətirmək istəyən zaman polis digər polis əməkdaşı avtomobilin qarşısına keçmiş ki, o hərəkət edə bilməsin. Bunda sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Etdiyi əməldən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmadığını və barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmədiyini, həqiqətən də polis əməkdaşlarını söydüyün və buna görə özünü günahkar bildiyini, məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, Anar Qasımov izahatında bildirdi ki, 02 dekabr 2024-cü il tarixdə saat təxminən 08:05 radələrində Suraxanı rayon X8 Şöbəsinin əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsində xidmətdə olan zaman FHN-nin qarşısında ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam əks istiqamətə çıxaraq qaydanı pozmuşdur. Həmin nəqliyyat vasitəsini yol patrul xidməti əməkdaşları saxlamışlar avtomobilə yaxınlaşan zaman sürücü kobudluq edərək gəlmə cəriməni yaz göndər demişdir. Polis əməkdaşları həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün adını soyadını soruşmuşlar. Həmin şəxs adını demiş və hamıya cərimə yazmıyanın deyərək nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarını təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır. Həmin şəxs hərəkətlərinə davam etmək istəmiş, həmin an polis əməkdaşı avtomobilin önünə keçərək avtomobilin hərəkətinin dayandırılmasını tələb etmişdir. Sürücü Şəxs avtomobili polisin üzərinə sürərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Cabbarov X2 rayon X8 Şöbəsinin əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilib təhvil verilmişdir. Polis Şöbəsində Şəxs izahatı alındıqdan sonra onun barəsində 02 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon X8 Şöbəsinin polis serjantı X3 izahatında bildirdi ki, 02 dekabr 2024-cü il tarixdə saat təxminən 08:05 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində xidmətdə olan zaman FHN-nin qarşısında **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam əks istiqamətə çıxaraq qaydanı pozmuşdur. Həmin nəqliyyat vasitəsini saxlayaraq avtomobilə yaxınlaşan zaman sürücü kobudluq edərək cəriməni yaz göndər demişdir. O, həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün adını və soyadını soruşmuşdur. Həmin şəxs adını demiş və hamıya cərimə yazmıyanın deyərək nalayiq ifadələr işlətmiş, təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır. Həmin şəxs hərəkətlərinə davam etmək istəmiş həmin an digər polis əməkdaşı Murad Hüseynov avtomobilin önünə keçərək avtomobilin hərəkətinin dayandırılmasını tələb etmişdir. Sürücü Şəxs avtomobili polisin üzərinə sürmüşdür. Bundan sonra sürücüyə yaxınlaşaraq onu Suraxanı RPİ-nin 30cu Polis Şöbəsinə dəvət etmiş və həmin şəxsi aparıb şöbəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon X8 Şöbəsinin polis serjantı X6 da Suraxanı rayon X8 Şöbəsinin polis serjantı X1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun dediklərini bir daha təsdiq etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 535ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, iş materiallarında olan 02 dekabr 2024-cü il tarixli raportun məzmunundan müəyyən olunur ki, 02 dekabr 2024-cü il tarixdə saat təxminən 08:05 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində xidmətdə olan zaman FHN-nin qarşısında ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam əks istiqamətə çıxaraq qaydanı pozmuşdur. Həmin nəqliyyat vasitəsini yol patrul xidməti əməkdaşları saxlayaraq avtomobilə yaxınlaşan zaman sürücü kobudluq edərək cəriməni yaz göndər demişdir. Polis əməkdaşları həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün adını və soyadını soruşmuşlar. Həmin şəxs adını demiş və hamıya cərimə yazmıyanın deyərək nalayiq ifadələr işlətmiş, təhqir edərək polislərin şərəf və ləyaqətini alçaltmışdır. Həmin şəxs hərəkətlərinə davam etmək istəmiş, həmin an polis əməkdaşı avtomobilin önünə keçərək avtomobilin hərəkətinin dayandırılmasını tələb etmişdir. Sürücü Şəxs avtomobili polisin üzərinə sürmüşdür. Digər polis əməkdaşı sürücüyə yaxınlaşaraq onu Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə dəvət etmiş və həmin şəxsi aparıb şöbəyə təhvil vermişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq olunması kifayət edir və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 02 dekabr 2024-cü il tarixdə, saat 08:20-də inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 110, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxx 1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin və məhkəmə zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-5466/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5466/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver