Məhkəmə qərarları › İş №3(010)-5484/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5484/2022

16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5484/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə, X5, 01 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 7B5NWVR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl Dərə, Məhəllə 1 ünvanında yaşayan, Azərbaycan Respublikası İXM-nin 322.0.2 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X10 İdarəsinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər X10 İdarəsinin polis kapitanı X1 qəbul etdiyi 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İXM-nin 322.0.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. X5, barəsində qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti və həmin qərarın ləğv edilməsi barədə şikayəti 01 dekabr 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 vəsatətini müdafiə edərək göstərdi ki, Bakı şəhər X10 İdarəsinin polis kapitanı X1 qəbul etdiyi 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 322.0.2 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhər X10 İdarəsinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş məlum qərar qanunda nəzərdə tutulmuş qaydada ona təqdim edilməmişdir. Bu səbəbdən o, Bakı şəhər X10 İdarəsinə müraciət etmiş və həmin idarənin polis kapitanı X3 tərəfindən TP seriyalı ******* saylı 16 sentyabr 2022-ci il tarixli qərar 04 noyabr 2022-ci il tarixdə ona təqdim adilmişdir. Bu inzibati iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərarın qəbul edilməsinə dair həmin gün, yəni 04 noyabr 2022-ci il tarixli ərizə ilə pasport qeydiyyatında əlduğu yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi adıçəkilən ərizə və ona əlavə edilmiş sənədlərin ona qaytarılması barədə 11 noyabr 2022-ci il tarixli 3(010)-5165/2022 saylı qərardad qəbul etmişdir. Həmin qərarın qəbul edilməsinin səbəbi kimi qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətinin buraxılması və buraxılmış müddətin bərpasına dair tərəfindən ərizənin iş materiallarına əlavə edilməməsi göstərilmişdir. Qeyd etdiyi faktlar onu deməyə əsas verir ki, TP seriyalı ******* saylı 16 sentyabr 2022-ci il tarixli qərardan qanunvericiliklə müəyyən edilmiş 10 günlük şikayət vermə müddəti tərəfindən üzürlü səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası İXMnin 130-cu maddəsinə görə qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim və ya səlahiyyətli orqan tərəfindən bərpa edilir. Buna görə də X8 Bakı şəhər X10 İdarəsinin polis kapitanı X2 qəbul etdiyi 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını tədqiq edərək barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, hesab edir ki, 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verilməsi müddətinin X8 tərəfindən üzrlü səbəblərdən buraxılmasına əsaslar müəyyən edilmədiyinə görə şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X8, barəsində qəbul edilmiş 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın surətini 04 noyabr 2022-ci il tarixdə Bakı şəhər X10 İdarəsinin polis kapitanı X3 tərəfindən ona şəxsən təqdim edildiyini qeyd etsə də, lakin vəsatətinə şikayət ərizəsinə barəsində qəbul edilmiş qərarın surətini rəsmi olaraq qeyd etdiyi tarixdə almasına, bununla da inzibati xəta haqqında iş üzrə qərardan qanunvericilikdə müəyyən edilmiş 10 gün ərzində şikayət verdiyinə dair vəsatətinə hər hansı bir mötəbər sübut əlavə etməmişdir. İş materiallarından isə müəyyən olunur ki, barəsində inzibati qərar çıxarılmış şəxs X8, Azərbaycan Respublikası İXM-nin 322.0.2 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X10 İdarəsinin polis kapitanı X2 qəbul etdiyi 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayət ərizəsi məhkəmənin dəftərxanasına 01 dekabr 2022-ci il tarixdə daxil olmuş, bununla da X4 gedən qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən sonra şikayət vermişdir. Bununla da X8 tərəfindən inzibati qərardan şikayət verilməsi üçün qanunla müəyyən olunmuş müddətin hər hansı üzrlü səbəbdən ötürülməsi iş üzrə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhər X10 İdarəsinin polis kapitanı X2 qəbul etdiyi 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə X5 xahişi təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, X8 Bakı şəhər X10 İdarəsinin polis kapitanı X2 qəbul etdiyi 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhər X10 İdarəsinin polis kapitanı X2 qəbul etdiyi 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə X5 vəsatəti rədd edilsin. Azərbaycan Respublikası İXM-nin 322.0.2 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X10 İdarəsinin polis kapitanı X1 qəbul etdiyi 16 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət X6 qaytarılsın. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar