Məhkəmə qərarları › İş №3(010)-5485/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5485/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5485/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin, Borclu Şəxs, X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-327/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X8 anası Şəxs alınaraq, atası X2 himayəsinə verilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-327/2022 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 80 manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində və Şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaq atasına təhvil verildiyi gündən başlayaraq, hər ay bir uşağa 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-327/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X8 anası Şəxs alınaraq atası X2 himayəsinə verilməsi qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-327/2022 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 80 manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində və Şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaq atasına təhvil verildiyi gündən başlayaraq, hər ay bir uşağa 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. xx.xx.2016-cı il təvəllüdlü X8 hazırda Masallı rayonunda dayısının himayəsindədir və borclu uşağın atasına verilməsindən imtina edir. Bundan əlavə borclunun hazırki aliment borcu 1920 manat təşkil edir. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-327/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X5 ondan alınaraq atası X2 himayəsinə verilməsi qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 327/2022 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 80 manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaq atasına təhvil verildiyi gündən başlayaraq, hər ay bir uşağa 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X8 hazırda Masallı rayonunda qardaşının himayəsindədir, uşağın dayısının yanında qalması daha məsləhətlidir. Alimentin ödənilməməsi isə onun maddi imkansızlığı ilə bağlıdır. Məhkəmədə izahat vermiş tələbkar X7 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-327/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X5 anası Şəxs alınaraq onun himayəsinə verilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-327/2022 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 80 manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində və Şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaq atasına təhvil verildiyi gündən başlayaraq, hər ay bir uşağa 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X8 hazırda Masallı rayonunda borclunun qardaşının himayəsindədir, borclu qətnamənin icrasından yayınaraq, uşağı öz himayəsinə də götürməyərək, uşağı onun himayəsinə verilməsinə hər cür maneçilik yaradır. Borclunun hazırki aliment borcu 1920 manat təşkil edir. Sonuncu aliment pulunu ödəmədiyi üçün o, övladlarının zəruri ehtiyaclarını təkbaşına qarşılaya bilmir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 01 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-327/2022 saylı icra vərəqələrini icra etmir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə Şəxs cəza təyin edərkən, onun qadın olmasını yüngülləşdirən hal kimi əsas götürərək və məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar