Məhkəmə qərarları › İş №3(010)-5514/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5514/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5514/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 2021-ci il tarixlərində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə və həmin işlər üzrə icraata xitam verilməsinə dair X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 2021-ci il tarixlərində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlar ilə ayrı-ayrılıqda X2 inzibati qaydada cərimə edilmişdir. X2 həmin qərarlardan şikayət vermiş və şikayətinə müvafiq prosessual müddətin bərpa olunmasına dair vəsatət əlavə etmişdir. X1 prosessual müddətin bərpa olunmasına dair ərizəsinə məhkəmədə baxılaraq 27 noyabr 2025-ci il tarixli qərardadla rədd olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Göründüyü kimi DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 2021-ci il tarixlərində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarlarının qəbul edildiyi vaxtdan 04 ildən çox vaxt keçmişdir. Beləliklə, şikayət qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulan prosessual müddət buraxıldıqdan xeyli sonra verilib. Odur ki, şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 2021-ci il tarixlərində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə və həmin işlər üzrə icraata xitam verilməsinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar