Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5515/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olan. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi ev 93-də yaşayan X3 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 RPİ-nin 32-ci Polis Bölməsinə dəvət olunmuş, xx.xx.2022-ci il tarixli 7197 №-li saylı tibbi ekspert rəyinə əsasən narkotik maddələrin istifadəçisi olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən bir ilə yaxındır marixuanadan, heroindən və metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində avtotəmir sexlərinin yaxınlığında olarkən, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq və üzünü qeyri-adekvat apardığını bildirərək, narkotik vasitə istifadəçisi olubolmadığını soruşmuşlar. O, narkotik vasitə istifadəçisi olduрunu, lakin üzərində olmadığını səmimi etiraf etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Daha sonra tibbi ekspertizadan keçdikdən sonra həqiqətən də narkotik vasitə istifadəçisi olduğu təsdiqlənmişdir. Narkotik vasitələri və psixotrop maddəni Suraxanı rayonu Zığ qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Törətdiyi əməldən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş materialları təsdiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 7197 saylı rəydən görünür ki, X2 götürülmüş sidik nümunəsində OPİ(+), MOP(+), AMP(+) və THC(+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 7197 №-li rəyindən görünür ki, X4 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 37.1, 37.3, 37.4, 37.5, 37.7-ci maddələrinə əsasən «İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur», «Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar», «Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir», «Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir», «İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. X5 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmaqla, icra məmurunun müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın bu hissədə icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsinə və X3 yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5515/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5515/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver