Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5517/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Macarıstan Respublikasının Budapeşt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə dəvət olunmuş, xx.xx.2022-ci il tarixli 7196 №-li saylı tibbi ekspert rəyinə əsasən narkotik maddələrin istifadəçisi olması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən bir ilə yaxındır heroindən və metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində avtotəmir sexlərinin yaxınlıрında olarkən Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq özünü qeyri-adekvat apardığını bildirərək narkotik vasitə istifadəçisi olubolmadıрını soruşmuşlar. O, narkotik vasitə istifadəçisi olduрunu, lakin üzərində olmadığını səmimi etiraf etdikdən sonra onu polis bölməsinə dəvət etmişlər. Daha sonra tibbi ekspertizadan keçdikdən sonra həqiqətən də narkotik vasitə istifadəçisi olduğu təsdiqlənmişdir. Heroin və metamfetamini Suraxanı rayonu Zığ qəsəbəsində tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Törətdiyi əməldən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş materialları təsdiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 7196 saylı rəydən görünür ki, Şəxsndan götürülmüş sidik nümunəsində MOP(+), AMP(+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 7196 №-li rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmiş. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5517/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5517/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver