Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5533/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X1 iştirakı ilə, Şəxs, 30 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işlməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 21 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9907/2015 nömrəli, 14 dekabr 2015-cı il tarixli qətnaməsinə dair 18 yanvar 2016-cı il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X7 21 noyabr 2023-cü il tarixində məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9907/2015 nömrəli, 14 dekabr 2015-cı il tarixli qətnaməsinə dair 18 yanvar 2016-cı il tarixli icra sənədi ilə cavabdeh Şəxs 12000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 12030 manat məbləğində pul məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Borclunun hal-hazırda 10430 manat borcu vardır. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Suraxanı Rayon İcra və Probasiya İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Suraxanı Rayon İcra və Probasiya İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 200 manat məbləğində pulu axırıncı məhkəmə iclasında tələbkara verdiyini, bundan başqa da 200 manat məbləğində pulu da 2 gün bundan qabaq ödədiyini, ümumilikdə 400 manat məbləğində pul ödədiyini, bundan başqa 2020-ci il tarixində pandemiya ilə əlaqədar işsizlik olduğunu, elə bu ərəfədə açıq ürək əməliyyatı olduğunu, bununla əlaqədar işləmədiyini, pensiya yaşına da çatmadığından pensiya da almadığını, son ayların məbləğini də vaxtı-vaxtında ödədiyini, ortada bəzi aylarda imkansızlıqdan ödəniş edə bilmədiyini, növbətio aylardan da mütəmadi olaraq ödənişlər edəcəyini bildirərək, inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahatında borclunun 2015-ci il tarixli məhkəmə qətnaməsini hələ də icra etmədiyini, buna görə cərimə də tətbiq edildiyini, lakin yenə də borcdan yayındığın bildirərək, borclunun inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 9907/2015 nömrəli, 14 dekabr 2015-cı il tarixli qətnaməsinə dair 18 yanvar 2016-cı il tarixli icra sənədi ilə cavabdeh Şəxs 12000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 12030 manat məbləğində pul məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. 21 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9907/2015 nömrəli, 14 dekabr 2015-cı il tarixli qətnaməsinə dair 18 yanvar 2016-cı il tarixli icra sənədi üzrə icra məmurunun icra sənədini qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixi qəbzə əsasən, Şəxs 200 manat məbləğində pulu tələbkar X2 ödəmişdir. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli akta əsasən, məhkəmə iclasında Şəxs 200 manat məbləğində pulu icra məmuru X5 iştirakı ilə tələbkar X2 ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9907/2015 nömrəli, 14 dekabr 2015-cı il tarixli qətnaməsinə dair 18 yanvar 2016-cı il tarixli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar X3 xeyrinə 400 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9907/2015 nömrəli, 14 dekabr 2015-cı il tarixli qətnaməsinə dair 18 yanvar 2016-cı il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5533/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5533/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver