Məhkəmə qərarları › İş №3(010)-557/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-557/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-557/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs mülkiyyətində olan “Honda Pilot” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə, saat 13:39-da Bakı şəhəri, Azadlıq prospekti, 1B ünvanında idarə edərkən müəyyən edilmiş hərəkət sürətini 18 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 05 gün ərzində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə təqdim etməmişdir. Buna görə də xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında material Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılmışdır. xx xxxxxx 2020-ci il tarixdə isə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə də Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol, onu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru X1 qaytarılmışdır. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar təkrarən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 19 iyun tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, xx xxx 2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli qərarları nəzərə alınaraq şikayətə mahiyyəti üzrə baxılması bir neçə dəfə təxirə salınaraq xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxsnə və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxsin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxsnə göndərilmiş sorğudan görünür ki, Şəxsndən, mülkiyyətində olan “Honda Pilot” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2020-ci il tarixdə, saat 13:39-da Bakı şəhəri, Azadlıq prospekti, 1B ünvanında idarə edərkən müəyyən edilmiş hərəkət sürətini 18 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların verilməsi xahiş olunmuş, eyni zamanda Şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 05 gün müddətində tələb olunan məlumatları təqdim etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan poçt xəbərnaməsindən və onun üzərindəki ştampdan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusu hüquqi şəxs Şəxsnə poçt vasitəsilə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixdə “Hacıyeva” soyadlı şəxs poçt xəbərnaməsində imza etməklə sorğunu qəbul etmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, “Honda Pilot” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin dispozisiyasından görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar