Məhkəmə qərarları › İş №3(010)-557/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-557/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-557/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu İnzibati xəta haqqında qərardan X2 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərardan məhkəməyə şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi üzrə qəbul olunmuş xx.xx.2021-ci il tarixli qərarı nə vaxt alması barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalı, X3 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: X2 barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayəti geri qaytarılsın. X4 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilsin. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar