Məhkəmə qərarları › İş №3(010)-558/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-558/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-558/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, “ANC Qrup” şirkətində mühafizəçi işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 157 nömrəli evin 305 nömrəli mənzilində qeydiyyarda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(010)- 4844/2020 qətnaməsinə dair icra sənədi üzrə borclu Şəxs 8.000 manat məbləğində pul X1 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. 08 aprel 2021-ci il tarxə təyin edilmiş məhkəmə iclasında Şəxs ödəniş etmək üçün ona vaxt verilməsini xahiş etdiyindən məhkəmə iclası 16 aprel 2021-ci il tarixə, saat 16:00-a təxirə salınmış və bu barədə borcluya şəxsən məhkəmə bildirişi təqdim edilmişdir. Lakin borclu Şəxs 16 aprel 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlmədiyinə görə məhkəmənin 16 aprel 2021-ci il tarixli qərardadı Şəxs məcburi qaydada gətirilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. Borclu Şəxs 27 aprel 2021-ci ildə məhkəməyə könüllü olaraq gəldiyinə görə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında Şəxs məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(010)-4844/2020 qətnaməsinə əsasən ondan 8.000 manat məbləğində pulun X1 xeyrinə tutulması qət edilsə də, əsilndə o, Ayxan adlı şəxsdən faizlə, 2.000 manat borc pul götürmüşdür. Həmin pulu götürdükdən sonra 06 ay işləmədiyinə görə borcundan ödəniş edə bilməmişdir. 06 aydan sonra isə Ayxan adlı şəxsə 500 manat ödəmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(010)-4844/2020 qətnaməsi ilə ondan tutulması qət edilmiş 8.000 manat məbləğindən heç bir məlumatı yoxdur. Buna görə də o, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti vermək niyyətindədir. Məhz bu səbəbdən də real olaraq ödəməli olduğu məbləğin qalan hissəsindən də tələbkara heç bir ödəniş etməmişdir. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(010)- 4844/2020 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(010)-4844/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 8.000 manat məbləğində pul X1 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 18 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(010)-4844/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar