Məhkəmə qərarları › İş №3(010)-559/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-559/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-559/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra şöbəsinin icra məmuru X4, X1nın iştirakı ilə xx xxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi xx xxxxx 2021-cu il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci ildə verilmiş xx xxxxxxxx 2019-cu tarixli 2(010)- 3978/2019 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs «stenka mebel-450 manat, divan kreslo dəsti-650 manat, stol-stul dəsti-320 manat, kiçik masa-50 manat, televizor (böyük)-250 manat, Tv altlığı-175 manat, karniz-30 manat, pərdə tül-300 manat, çilçıraq-120 manat, xalça-550 manat, kamin 650 manat, divan-kreslo üstlüyü-75 manat, yataq dəsti-380 manat, xalça-170 manat, çilçıraq-67 manat, karniz-30manat, süfrələr (5 dəst)-90 manat, yemək dəsti-450 manat, çay dəsti- 250 manat, bagema dəsti-330 manat, xurustallar-700 manat, meduza dəsti-180 manat, pakrıval dəsti (2 ədəd) 120+75 manat, pakrıval qalın (1ədəd)-95 manat, tək döşək 2 ədəd-140 manat, cüt döşək 1 ədəd-200 manat, yorğan tək iki qalın, iki nazik-280 manat, cüt-1 ədəd-80 manat, balış 6 ədəd-105 manat, ədyallar 5 ədəd 75 manat, yataq dəsti tək adamlıq 4 dəst-160 m cüt adamlıq-3 dəst 250 manat, dəsmallar böyük-5 dəst-80 manat, kiçik dəsmallar 12 ədəd-95 manat, uşaq çarpayısı-200 manat, raskladuşka-75 manat, uşaq döşəyi-50 manat, uşaq yorğanı-45 manat, uşaq dəstləri-45 manat, açılan masa-175 manat, televizor (kiçik)-80 manat, Seqa oyun əşyası-45 manat, xalça-175 manat, mətbəx mebeli-650 manat, soyuducu-340 manat, ətçəkən maşın-175 manat, şirəçəkən-95 manat, qaşıq dəsti 12 ədəd 7 növ-230 manat, çamadan qaşıq dəsti 1 ədəd-75 manat, xalça-180 manat, karniz-30 manat, qazan dəsti (3 ədəd)-370 manat, çayniklər-50 manat, qabqacaq 12 ədəd 8 növ-200 manat, süfrələr-65 manat, tok samavar-250 manat, tefal çaynik-55 manat, ütü-85 manat, ütü altlığı-45 manat və mikser 50 manat dəyərində olmaqla alınaraq iddiaçı X3» qaytarılmalı, əgər sadalanan əmlaklardan hansısa qətnamə icra olunan vaxt mövcud olmazsa həmin əmlakın (əşyanın) qətnamədə göstərilən dəyəri pul şəklində cavabdehdən alınıb iddiaçıya verilməli, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakların (məişət avadanlıqlarının) ümumi dəyəri 3080 (üç min səksən) manatının ½ hissəsi, yəni 1540 (bir min beş yüz qırx) manatı və özbaşına tikilinin alınmasına görə çəkilmiş xərc 15600 (on beş min altı yüz) manat məbləğinin ½ hissəsi, yəni 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X3 qaytarılmalıdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru Pərviz Hacızadə işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi xx xxxxxxxx 2020-ci ildə icraata daxil olmuş, icraata başlanaraq borclu Şəxs müvafiq qərar və bildiriş göndərilmişdir. Lakin borclu çağırışlara məhəl qoymayaraq şöbəyə gəlmədiyindən barəsində axtarış elan edilmişdir. xx xxxxx 2021-ci ildə borclu şöbəyə gətirilmiş və barəsində həmin gün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. İcra məmuru qeyd edir ki, borclu ötən müddət ərzində tələbkarın xeyrinə heç bir ödəniş etməyib. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. İcra məmuru hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcunu ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Bildirir ki, müvafiq pul məbləğini hər ay 300 manat olmaqla hissə-hissə ödəyə bilər. Şəxs həmçinin qeyd edir ki, tələbkarla birgə nikahından oğlu var. Tələbkar uşağı küçəyə atmışdır. Ona görə də hazırda uşağı özü saxlayır və bütün qayğılarını təkbaşına ödəyir. Bu səəbdən daha böyük məbləğdə ödəniş etmək iqtidarında deyil. X1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, həqiqətən də ümumi nikahlarından doğulmuş uşaq hazırda borclu ilə birlikdə yaşayır. Uşaq özü atası ilə yaşamaq istəmiş, bu səbəbdən də o (tələbkar), uşağın istəyinə mane olmamışdır. Tələbkar icra sənədi ilə əlaqədar bildirir ki, borclu icra vərəqəsində göstərilən əmlakları faktik olaraq çölə atmış, bu səbəbdən də onlar yararsız vəziyyətə düşmüşlər. Pul məbləğini isə Şəxs ödəməkdən imtina edir. göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş əşyaları və pul məbləğini tələbkara verməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən onu da nəzərə alır ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əmlakları tələbkara təqdim etməməklə yanaşı, ötən dövrdə sonuncunun xeyrinə ümumiyyətlə heç bir hətta kiçik məbləğdə belə ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələbkarla ümumi ailə münasibətlərindən doğulmuş uşağı hazırda təkbaşına saxlaması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar