Məhkəmə qərarları › İş №3(010)-5592/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5592/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5592/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, X9 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, əlilliyi olmayan, məhkum olunmamış, Ağcabədi rayonu, Şanlik kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, nömrəsiz evdə yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 03 dekabr 2024-cü il tarixdə saat 19:53-də ailə üzvlərini döyəcəyini bildirərək hədələyərək xırda xuliqanlıq etmiş və xidməti vəzifələrini icra edən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında 04 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, X12 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:53-də DİN-nin 102 Xidməti-Zəng mərkəzi sisteminə özünü təqdim etməyən şəxsin qonşuluqda yaşayan Təyyar adlı şəxsin ailə üzvlərini döyməsini, azyaşlı övladını öldürəcəyindən qorxması barəsində daxil olan müraciətlə əlaqədar PŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə göndərilmiş, Şəxs Teymur oğlu aidiyyəti üzrə Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət edilmişdir. PŞ-də olarkən vətəndaş Şəxs Teymur oğlu sərxoş halda səbəb bildirmədən polisin ünvanına nəlayiq ifadələr işlətmiş, polisin qanuni əmrinə tabe olmamış, bölməyə getmək istəməmiş, polis əməkdaşlarını yubatmış, söyüşlər söymüş, həmçinin hüquq pozmalarına son qoymamış, Növbətçi Hissənin iş rejimini təxminən 30 dəqiqə pozmuşdur. Araşdırma zamanı Şəxs Teymur oğlunun sərxoşluq dərəcəsinin təyin edilməsindən ötrü Respublika Narkoloji dispanserinə göndərilmişdir. Bundan başqa vətəndaş Şəxs Teymur oğlunun anası şöbəyə gəlib izahat yazaraq bildirmişdir ki, oğlu Şəxs Teymur oğlu uzun müddətdir ki, spirtli içki aludəçisidir. Belə ki, oğlu Şəxs mütəmadi olaraq sərxoş vəziyyətdə münaqişə yaradaraq münaqişə zəminində onu və ailə üzvlərini hədələmişdir. Bundan əlavə Şəxs Teymur oğluna Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni əmrinə tabe olması, PŞ-nin daxili qaydalarına riayət etməsi izah edilsə də Şəxs Teymur oğlu polisin qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarının barəsində nəlayiq ifadələr işlətməyə davam etmişdir. Aparılmaş ilkin araşdırma zamanı Şəxs Teymur oğlunun daha öncə də hüquqpozmasının olması, həmçinin mütəmadi olaraq spirtli içki qəbul etməsi, spirtli içki aludəçisi olduğu üçün Reabilitasiya mərkəzində 6 ay müddətində müalicə alması və bir-iki gün olar ki evinə gəlməsi müəyən edilmişdir. Həmçinin həyat yoldaşı X6 03 dekabr 2024-cü il tarixdə yaşadıqları evdə döyməsi ilə bağlı material üzrə hazırda təhqiqatçı tərəfindən araşdırma aparılır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, 2012-ci il tarixdə X10 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından bir azyaşlı qız övladı vardır. Həyat yoldaşı ilə münasibətləri normal olmuşdur. Lakin, o, spirtli içki qəbul etdiyi vaxtlarda öz hərəkətlərini idarə edə bilmədiyindən daima evdə münaqişə yaranmışdır. Lakin, içkinin təsiri getdiyi anlarda isə öz hərəkətlərini və əməllərini xatırlamır. Alkoqol aludəçisi olmağı ilə bağlı Respublika Narkoloji mərkəzində və Badamdar qəsəbəsində yerləşən reabilitasiya mərkəzində 6 ay müddətində müalicə almışdır. xx.xx.2024-cü il tarixdə altı ay müddətində reabilitasiya mərkəzində müalicə aldıqdan sonra oradan evə buraxılmışdır. Zabrat qəsəbəsində valideyninin yanında olan həyat yoldaşı Kəmalə Əliyevanı və azyaşlı qızı Qurbanzadə Əsmanı götürərək yaşadığı evə gəlmişdir. Onları evə yerləşdirdikdən sonra Binə qəsəbəsində yerləşən kafelərdən birinə gedərək orada spirtli içki qəbul etmişdir. Kafedən çıxdıqdan sonra isə yaşadığı evə gəlmişdir. Bundan sonra evdə nə etdikləri tam olaraq yadında deyil. Xatırladığı qədərilə evdə həyat yoldaşı Kəmalə Əliyeva ilə mübahsiə etmişdir. Lakin, bundan sonra etdikləri hərəkətləri xatırlamır. O, bir azyaşlı uşağının olmasını, həyat yoldaşının hazırda işləməsini, bir daha belə əməllərə yol verməyəcəyini, məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, X9 məhkəməyə təqdim etdiyi videogörüntüdən görünür ki, Şəxs Teymur oğlu xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının ünvanına yaşadığı evdə nalayiq ifadələr işlətmiş və polisin qanuni əmrinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 19:53-də, DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə ********** saylı daxil olmuş məlumatda, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ünvanı özünü təqdim etməyən şəxs (050)-719-92-62 nömrəsindən məlumat verib, qonşuluqda yaşayan Təyyar adlı şəxsin arvadını döyməsini və hədləməsini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, daxil olmuş məlumat əsasında Suraxanı RPİ-nin 30-cu PŞ-in əməliyyat qrupu hadisə baş verən ünvan 2 ünvanında olmuşdur. Hadisə yerində Şəxs Teymur oğlunun yaşadığı ünvanda nalayiq ifadələr işlədərək, ailə üzvlərini müxtəlif sözlərlə hədələməsi müəyyən edilmişdir. Şəxs ictimai qaydanı pozmaması və öz əməllərinə son qoyması tərəflərindən tələb edilməsinə baxmayaraq Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq yüksək səslə nalayiq ifadələr işlədərək öz əməllərini davam etdirmişdir. Sonradan Şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, daxil olmuş həmin müraciətlə əlaqədar PŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə göndərilmiş, Şəxs Teymur oğlu aidiyyəti üzrə Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət edilmişdir. PŞ-də olarkən Şəxs Teymur oğlu sərxoş halda səbəb bildirmədən polisin ünvanına nalayiq ifadələr işlətmiş, polisin qanuni əmrinə tabe olmamış həmçinin hüquq pozmalarına son qoymamış, Növbətçi Hissənin iş rejimini təxminən 30 dəqiqə pozmuşdur. Araşdırma zamanı Şəxs Teymur oğlunun sərxoşluq dərəcəsinin təyin edilməsindən ötrü Respublika Narkoloji dispanserinə göndərilmişdir. Bundan əlavə Şəxs Teymur oğluna Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni tələblərinə tabe olması, PŞ-nin daxili qaydalarına riayət etməsi izah edilsə də Şəxs Teymur oğlu polisin qanuni əmrinə tabe olmayaraq polis əməkdaşlarının barəsində nalayiq ifadələr işlətməyə davam etmişdir. Aparılmış ilkin araşdırma zamanı Şəxs Teymur oğlunun daha öncə də hüquqpozmasının olması, həmçinin mütəmadi olaraq spirtli içki qəbul etməsi, spirtli içki aludəçisi olduğu üçün Reabilitasiya mərkəzində müalicə alması müəyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X2 RPİ-nin 30-cu Polis Şöbəsinə ərizə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdə olduğu zaman əri Şəxs Teymur oğlu sərxoş vəziyyətdə evə gələrək evdə onunla münaqişə yaratmış, daha sonra isə münaqişə zəminində əli ilə üz nahiyyəsinə vuraraq onu döymüşdür. İş materiallarında olan X1 RPİ-nin 30-cu Polis Şöbəsinə izahat yazaraq göstərmişdir ki, oğlu Şəxs Teymur oğlu uzun müddətdir ki, spirtli içki aludəçidir. Belə ki, Şəxs mütəmadi olaraq sərxoş vəziyyətdə münaqişə yaradaraq münaqişə zəminində onu və ailə üzvlərini hədələmişdir. 2023-cü il tarixdə müalicə olunması məqsədilə oğlu Şəxs Respublika Narkoloji mərkəzinə yerləşdirmişdir. Təxminən bir ay müddətində Təyyar müalicə aldıqdan sonra evə buraxılmışdır. Həmin vaxtdan təxminən beş ay müddətində Təyyar spirtli içki qəbul etməmişdir. Lakin, 2024-cü ilin iyun ayında Təyyar yenidən spirtli içki qəbul etməyə başlamışdır. Bundan sonra o, Reabilitasiya mərkəzinə müraciət edərək Təyyarın müalicə alması məqsədilə oraya yerləşdirmişdir. Təxminən altı ay müddətində Təyyar Badamdar qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə almışdır. xx.xx.2024-cü il tarixdə Təyyar oradan çıxdıqdan Zabrat qəsəbəsindən həyat yoldaşını və azyaşlı qızını götürərək yaşadığı evə aparmış və həmin gün spirtli içki qəbul edərək evdə münaqişə yaratmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Təyyar telefon əlaqəsi saxlayaraq onu reabilitasiya mərkəzinə yerləşdirməyi ilə bağlı onu və yeznəsi X3 təhqir edərək öldürəcəyi ilə hədələmişdir. Qeyd etmişdir ki, oğlu Şəxs evdə münaqişə yaradaraq həyat yoldaşını döyməsi ilə bağlı oğlu Təyyarın qonşuluğunda yaşayan şəxslər zəng edərək məlumat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 2/67266 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs Teymur oğlu hadisə vaxtı orta dərəcəli alkoqol sərxoşluğu halında olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə işin obyektiv hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki, o, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmuş, heç bir faydalı işlə məşğul olmur, xırda xuliqanlıq əməli törədən zaman polis əməkdaşları tərəfindən qarşısı alınmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, hüquqazidd hərəkətlərini davam etdirmiş, bundan başqa 6 ay müddətinə akloqolizmdən ailə üzvlərinin dəstəyi ilə reabilitasiya mərkəzində müalicə alıb yenicə evə gəlmiş və həyat yoldaşını döyməsinə görə barəsində şöbədə araşdırma aparılmasını, əməlində məsuliyyətini ağırlaşdıran halların olmasını, azadlıqda olacağı halda yenidən ailə münaqişələri yaradıb daha ağır cinayət əməli törədə bilməsi ehtimalının real olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə saat 20:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 03 dekabr 2024-cü il tarixdən, saat 20:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 03 dekabr 2024-cü il tarixdən, saat 20:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar