Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5596/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs oğunun, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs “VAZ 2108” minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 21:03-də idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. Protokoldan aydın olur ki, Əliyev X1 Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə saxlanılmış və bununla da, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs tərtib edilmiş protokol üzrə izahat verərək bildirdi ki, onu yoxlamadan barəsində protokol tərtib edilmiş, alkotesterin cavabı özü ilə bağlı olmamışdır. Yol polisi əməkdaşı məhlədə saxlamış və onun avtomobilini izləmişdir. Bildirdi ki, protokola qeydi əsəbi olduğuna görə və məcburi olaraq yazmışdır, həmin gün yalnız pivə içmişdir, ayıq olmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndəsini göndərməmişlər və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-İn 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddələrlə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər DYPİ növbətçi hissəsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə saat 21:03-də saxlanılmış və məlum olmuşdur ki, Şəxs alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir; “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin, Şəxs bu halı etiraf etmiş və bu barədə protokola qeyd yazmışdır. Alkotesterden çıxarışa əsasən Şəxs nəfəsində alkoqolun miqdarı 0,679% təşkil etmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında Şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı övladlarının olması məsuliyyətini yüngülləşdirən haldır və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs alkotesterdən müayinədən keçirilmiş və sərxoş olması müəyyən edilmişdir. Şəxs 31 avqust 2025-ci il tarixində sərxoş halda nəqliyyat vasitəsini idarə edərək İXM-nin 333.1-ci maddəsinə nəzərdə tutulmuş əməli törətmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti və məsuliyyətini ağırlaşdıran halların olmaması, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5596/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5596/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver