Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-560/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin sədri X4 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə EP seriyalı ******* nömrəli, 24 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-18598 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci il ərzində keçirilmiş səhmdarların ümumi yığıncaqlarına səhmdar Şəmsəddin Allahverdiyeva dəvət edilməsini təsdiq sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə)) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin sədri X6 izahatında göstərdi ki, "xxxx" ASC heç bir inzibati xəta törətməmiş, ASC barəsində əsassız olaraq İXM-nin 548.2-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Bildirirlər ki, barələrində tərtib edilmiş 07 fevral 2020-ci il tarixli inzibati xəta haqqında protokolla razı deyillər. Palatanın ********** saylı, xx.xx.2019-cu il tarixli sorğu məktubu onlara təqdim edilməmişdir. Onlar işlə bağlı olan istənilən sənədi Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməyə hazırdırlar. Həmçinin onu da qeyd edirlər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "xxxx" ASC barəsində İXM-nin 548.2-ci maddəsi ilə 07 fevral 2020-ci il tarixli protokol onların iştirakı olmadan tərtib edilmişdir. 07 fevral 2020-ci il tarixli protokolda göstərilir ki, guya həmin protokol "xxxx" ASC-nə göndərilmişdir. Halbuki həmin protokol Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən onlara göndərilməyib. Protokoldan yalnız məhkəmə vasitəsi ilə xəbər tutmuşlar. X1 tərəfindən "xxxx" ASC-nin ünvanına göndərilmiş məktublar onlara çatmamışdır. Lakin məsələ ilə bağlı məlumat əldə etdikdən sonra X2 ilə əlaqə saxlayaraq onu maraqlandıran bütün suallara cavab verilmiş və bütün zəruri məlumatlar təqdim edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin və şahidin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankın 09 yanvar 2023cü il tarixli, 6-1-26/3-254/2023 saylı xidməti məktubuna əsasən, vətəndaş Şəmsəddin Allahverdiyev Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən səhmdarların ümumi yığıncaqlarına onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəvət olunmadığını bildirmişdir. Vətəndaşın müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə 08 dekabr 2022-ci il tarixli 6-1.26-2-2022- 17750 saylı sorğu göndərilmiş, sorğuda cəmiyyət tərəfindən 2022-ci il ərzində təyin edilmiş səhmdarların ümumi yığıncaqlarına səhmdar Şəmsəddin Allahverdiyevin dəvət edilməsini təsdiq edən sənədlər 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur (bununla bağlı poçt göndərişinin verilməsi barədə rəsmi xəbərnamə mövcuddur). Lakin sorğuda qeyd edilən sənədlər "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Sözügedən sənədlərin Mərkəzi Banka təqdim edilməsi tələbi, əks halda "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə cəmiyyətə 22 dekabr 2022-ci il tarixli 6-1.26-2-2022-18598 saylı məcburi göstəriş məktubu ünvanlanmışdır (bununla bağlı poçt göndərişinin verilməsi barədə rəsmi xəbərnamə mövcuddur). Buna baxmayaraq göstəriş məktubunda verilməsi tələb edilən sənədlər cəmiyyət tərəfindən bugünədək Mərkəzi Banka təqdim edilməmişdir. Məcəllənin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq hüquqi şəxs olan "xxxx" ASC (VÖEN: **********) barəsində Məcəllənin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtibi məsələsinə baxılmasına dair Hüquq departamentinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında icraata başlanılacağı barədə 22 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, 1.26-2-2022-17750 saylı xx.xx.2022-ci il tarixli sorğu ilə tələb edilən məlumatlar tərəflərindən təqdim edilməmişdir. Odur ki, sözügedən sorğu məktubunda göstərilən sənədləri 5 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb edilmişdir. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə təqdim edilən arayışa əsasən, "xxxx" ASC-nin fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Bu qərara əsasən fəaliyyətin dayandırılmasının başlanma tarixi xx.xx.2019-cu il tarixdə, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix isə xx.xx.2024-cü il qeyd edilmişdir. Məhkəmə iclasında aparılan araşdırma zamanı da müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən səhmdarın tələb etdiyi zəruri olan məlumatların həmin səhmdarın tələbi ilə təqdim edilməməsi kimi hərəkətlər edilmədiyindən ASC-nin İXM-in 548.2-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan "xxxx" ASC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz.Belə ki, Vergilər nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş hüquqi şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən, "xxxx" ASC-nin xx.xx.2019-cü il tarixdə fəaliyyəti dayandırılmış və onun bərpa ediləcəyi tarix isə xx.xx.2024-cü il tarix qeyd edilmişdir. Beləliklə, həmin "xxxx" ASC-nin fəaliyyəti dayandırıldığı təqdirdə hər hansı bir Açıq Səhmdarların yığıncağının təşkil edilməməsinə görə hər hansı bir protokol təşkil edilə bilməz və həmin protokol tərtib edilərkən "xxxx" ASC-nin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən "xxxx" ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə tərtib edilmiş EP seriyalı ******* nömrəli, 24 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-560/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-560/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver