Məhkəmə qərarları › İş №3(010)-560/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-560/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-560/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X1 İmamverdi oğlunun sədrliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış, xx.xx.2025-ci il tarixli, 6-1-21/2-1214/2025 saylı vəsatətlə məhkəməyə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokola yenidən baxılmasını xahiş etmişdir. 25 dekabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-5888/2024 saylı qərardadı ilə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 18 dekabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Göründüyü kimi yuxarıda göstərilən maddədə qeyd olunduğu kimi, məhkəməyə vəsatət vermək hüququ olan şəxslər tərəfindən vəsatətlər hakimin icraatında olan işlər üzrə verilir. Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 18 dekabr 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarıldığından, məhkəmənin icraatından çıxmışdır, ona görə verilmiş vəsatətə baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cümaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış, xx.xx.2025-ci il tarixli, 6-1-21/2- 1214/2025 saylı vəsatət Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış, xx.xx.2025-ci il tarixli, 6-1-21/2-1214/2025 saylı vəsatət Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılsın. Yuxarıda qeyd olunanları nəzərə alıb, protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) tərəfindən protokol tərtib edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət edilməklə, təkrar olaraq məhkəməyə müraciət edilə bilər. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar