Məhkəmə qərarları › İş №3(010)-562/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-562/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-562/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Anar İbrahimov Firdovsi oğlu xx xxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı X3 tərəfindən verilmiş “iddia ərizəsi”nə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. X3 xx xxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı “iddia ərizəsi” ilə məhkəməyə müraciət etmişdir. “İddia ərizəsi”ndə X3 iddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi isə cavabdeh kimi qeyd olunub. Bundan əlavə “iddiaçı” məhkəmədən xx xxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğvini xahiş etmişdir. “İddia ərizəsi”ni nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələblərinə görə «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. “İddiaçı” “iddia ərizəsi”ndə göstərilən məsələnin (qərarın ləğvi və s.) həlli ilə bağlı məhkəməyə iddia ərizəsi ilə deyil, şikayətlə müraciət etməlidir. Bundan əlavə qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından görünür ki, şikayət inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilir. Lakin məhkəməyə inzibati xəta haqqında qərar təqdim edilməyib. “İddiaçı”nın bildirdiyi qərar məhkəməyə təqdim edilməyib. Belə olan halda həmin qərarın mövcud olub-olmadığı müəyyən edilmir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunması”na dair xx xxxxxx 2020-ci il qərarın 2-ci bəndində qeyd olunur ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Bu baxımdan hesab edirəm ki, X1 orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayəti həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə vermək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsini rəhbər tuturaq, Q Ə R A R A A L D İ M: xx xxxxx 2021-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı X3 tərəfindən verilmiş “iddia ərizəsi” geri qaytarılsın. X2 yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayəti həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə vermək hüququ izah edilsin. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar