Məhkəmə qərarları › İş №3(010)-5621/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5621/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5621/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, X1nun iştirakı ilə, X2 Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində xx.xx.2025-ci il tarixində tərtib edilmiş İXP ******* saylı protokol Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilərək iş baxılması üçün yenidən Dövİət Yol Polisi orqanına göndərilmişdir. Qanunvericiliyə görə, məhkəmə qərarı ilə protokol ləğv edildikdən sonra həmin məhdudiyyət hüquqi qüvvəsini itirir və yeni qərar qəbul edilənədək məhdudiyyət tətbiq oluna bilməz. Bu səbəbdən onun sürücülük hüququ faktiki olaraq bərpa olunmuş hesab edilməlidir. Lakin buna baxmayaraq xx.xx.2025-ci il tarixində X7 əməkdaşları tərəfindən onun barəsində İXM-ın 332.3-cü maddəsi əsasında protokol tərtib edilmiş və 400 (dörd yüz) manat cərimə tətbiq edilmişdir. Bu qərar əsassızdır, çünki: 1. əvvəlki protokol məhkəmə qərarı ilə ləğv edildiyindən məhdudiyyət qüvvədə deyil; İXM-in 35-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət yalnız hüquqi qüvvəyə minmiş qərar əsasında tətbiq oluna bilər; İXM-in 64.1-ci maddəsinə əsasən, işin hallarını obyektiv araşdırılmadan şəxs barəsində məsuliyyət tətbiq edilə bilməz; İXM-in 125.1-ci maddəsinə əsasən iş üzrə şübhə və ziddiyyətlər şikayətçinin xeyrinə həll edilməlidir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 15:58-də Qara Qarayev prospektində FORD FUSİON minik markalı, 77FK272 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-7251/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş; Bakı şəhəri X7 İdarəsinin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş; inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri X7 İdarəsinə göndərilməsi, qalan hissədə şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2025-ci il tarixdə saat 15:58-də Qara Qarayev prospektində FORD FUSİON minik markalı, 77FK272 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir X1 ərizəsində qeyd etmişdir ki, onun barəsində xx.xx.2025-ci il tarixində tərtib edilmiş İXP ******* saylı protokol Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilərək iş baxılması üçün yenidən Dövİət Yol Polisi orqanına göndərilmişdir. Qanunvericiliyə görə, məhkəmə qərarı ilə protokol ləğv edildikdən sonra həmin məhdudiyyət hüquqi qüvvəsini itirir və yeni qərar qəbul edilənədək məhdudiyyət tətbiq oluna bilməz. Bu səbəbdən onun sürücülük hüququ faktiki olaraq bərpa olunmuş hesab edilməlidir. Lakin buna baxmayaraq xx.xx.2025-ci il tarixində X7 əməkdaşları tərəfindən onun barəsində İXM-ın 332.3-cü maddəsi əsasında protokol tərtib edilmiş və 400 (dörd yüz) manat cərimə tətbiq edilmişdir. Bu qərar əsassızdır, çünki: 1. əvvəlki protokol məhkəmə qərarı ilə ləğv edildiyindən məhdudiyyət qüvvədə deyil; İXM-in 35-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət yalnız hüquqi qüvvəyə minmiş qərar əsasında tətbiq oluna bilər; İXM-in 64.1-ci maddəsinə əsasən, işin hallarını obyektiv araşdırılmadan şəxs barəsində məsuliyyət tətbiq edilə bilməz; İXM-in 125.1-ci maddəsinə əsasən iş üzrə şübhə və ziddiyyətlər şikayətçinin xeyrinə həll edilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar