Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5624/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, X2, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 iştirakı ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X15 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2094/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-317/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 06 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Nizami Rayon Məhkəməsinin (007)-2094/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 317/2020 saylı, xx.xx.2020-ci il tarixli 2(007)-317/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Hazırda aliment borcu 12254 manat borcu vardır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 protokolda göstərilənlərə uyğun izahat verərək, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında, Baxışova (Əsgərova) Şəfaqət Əziz qızına 500 manat məbləğində aliment ödəmiş, sonra icra məmuru ona hər ay 200 manat ödənilməli olduğun bildirmiş, həmin zamandan hər ay 200 manat məbləğində ödəniş olunur, 100 manat məbləğində gecikməsi olmuş, lakin ödənilib. Bu ayı da 10 gün əvvəl ödəmiş, 1 dəfə imkanı olmadığı üçün 100 manat məbləğində pul ödəmişdir. Baxışova (Həşimova) Şəhla Yusifəli qızı isə ailə qurmuş, buna görə də uşağı çox vaxt onunla birlikdə yaşadığı üçün və uşağının maddi ehtiyaclarını özü qarşıladığı üçün aliment ödənişini yerinə yetirmir. Məhkəmə iclasında tələbkar X13 izahatında borclunun 15 gün qabaq 200 manat ödəniş etdiyini, ümumiyyətlə borclunun müntəzəm qaydada borcunu ödəmədiyini, belə ki, son 1 ilin 7 ayını ödədiyini bildirərək, borclu barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki Şəxs Nizami Rayon Məhkəməsinin 2(007)-2094/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin və 2(007)-317/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini, məsuliyyətdən yayındığını nəzərə alaraq, hesab edir ki, protokolda təsvir olunanlar öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Suraxanı Rayon icraş öbəsinin icra məmuru Rüfət Maqsudov tərəfindən bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 06 dekabr 2022-ci il tarixli qərara əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-317/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2094/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(007)-2094/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Baxışova (Həşimova) Şəhla Yusifəli qızının xeyrinə hər ay 154 (yüz əlli yeddi) manat pul məbləğində aliment tutulması, alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması və cavabdeh Şəxs 30 (otuz manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-317/2020 saylı qətnaməsi ilə Şəxs 08 oktyabr 2019-cu il tarixdən 13 noyabr 2019-cu il tarixədək olan müddət üçün 170 (bir yüz yetmiş) manat məbləğində, o cümlədən 13 fevral 2020-ci il tarixdən başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, 12 oktyabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Baxışova (Əsgərova) Şəfaqət Əziz qızına verilməsi, X4 28 noyabr 2019-cu il tarixdən başlayaraq 12 oktyabr 2017-ci il təvəllüdlü X6 3 yaşına qədər hər ay 50 (əlli) manat məbləğində aliment tutulub, Baxışova (Əsgərova) Şəfaqət Əziz qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(010)-1011/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq barışıq müddətində xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün X9 X5 xeyrinə hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2094/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-317/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində gğstərilən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5624/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5624/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver