Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5625/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun nümayəndəsi X1, Şəxs, xx.xx.2000-ci ildə İmişli rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya sənəd aşkar edilməmiş, həmin vaxt Şəxs idarə etdiyi avtomobildə bir büküm “şüşə” kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Şəxs avtomobilinə baxış keçirilərkən avtomobilinin ön saxlanc yerindən 0,140 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materialları aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Suraxanı rayon Prokurorluğunun nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya sənəd aşkar edilməmiş, həmin vaxt E.Gülahzadə idarə etdiyi avtomobildə bir büküm “şüşə” kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Şəxs avtomobilinə baxış keçirilərkən avtomobilinin ön saxlanc yerindən 0,140 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərilənləri təsdiq edərək, əməlindən peşman olduğunu, məhkəmədən cərimə cəzasının verilməsini xahiş etdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, Şəxs üzərindən psixortop maddə metamfetamin aşkar olunması barədə toplanmış materialı və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, xx.xx.2000-ci ildə İmişli rayonunda anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, inzibati xəta haqqında iş üzrə icraat materiallları baxılması Suraxanı Rayon Məhkəməsinə göndərilməsi və qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3759 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi olan, “Vət. Şəxs avtomobilindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,140 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlindən peşmançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5625/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5625/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver