Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5635/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-cü Polis bölməsinin sahə inspektoru R.Əliyevin, xx.xx.1991-ci ildə Xaçmaz rayonu, Ağ Yazı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında narkotik vasitələrindən istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin sahə inspektoru R.Əliyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Məhəllə 4042 60, 2 saylı evin qarşısında özünü şübhəli aparan Şəxs xx.xx.2022- ci il tarixdə PB-yə gətirilmiş və tibbi müayinə zamanı Şəxs narkotik maddə istifadəçisi olması müəyyən olması barədə daxil olmuş məlumat “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 1266 saylı qeydə alınaraq xx.xx.2022-ci il tarixdə araşdırılması üçün icraata daxil olmuşdur. Təhqiqat araşdırması zamanı xx.xx.1991-ci il təvəllüdlü Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 6, mənzil 53-də yaşayan Şəxs PB-də izahatı alınan zamanı izahatında bildirmişdir ki, təxminən bir ilə yaxın müddətdə narkotik maddənin metamfetamin və heroin növündən istifadə etməsini və əldə etdiyi narkotik maddəni özü istifadə etməsini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X2 xx.xx.2022-ci il tarixli, N-7015 saylı rəyində Şəxs MOP+ istifadəçisi olması öz təsdiqini tapmış və narkomaniya xəstəsi olmaqla məcburi müalicəyə ehtiyacı olması müəyyən olunmuşdur. Sonda o, tərtib olunmuş protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında, hazırda narkotik vasitələrindən istifadə etmədiyini, əvvəllər 2 gün ara ilə istifadə etdiyini, lakin hazırda istifadə etmədiyini, axırıncı dəfə tutulduğu gündən 1 gün qabaq istifadə etdiyini, narkomaniya xəstəliyinin olmadığını bildirərək, əməlindən peşmançılıq hissi keçirdiyini və barəsində daha yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin Narkomaniyadan məcburi müalicə olunması məsələsini həlli, ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün qərarın sürəti Suraxanı RPİ-nin PB-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, N-7015 saylı rəyindən görünür ki, Şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlindən peşmançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5635/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5635/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver