Məhkəmə qərarları › İş №3(010)-564/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-564/2021

10.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-564/2021 10.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X1 və inzibati xəta haqqında raportu tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməliyyat müfəttişi X2 iştirakı ilə, Şəxs xx xxxxxx 1980-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olan, Suraxanı rayonu, Binə qəsəbəsi, Yeni sahə yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxx 2021-ci il tarixdə, 06:30 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq bir nəfər şübhə doğurduğu üçün ona yaxınlaşan özlərini təqdim edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və polis əməkdaşlarına qarşı kobudçuluq etmişdir. Buna görə də xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək, 2 gün bundan qabaq həyat yoldaşı ilə münaqişəsi olduğunu və bundan sonra 102 qaynar xəttinə zəng etdiyini, özünün könüllü təslim olduğunu, ümumiyyətlə polisə müqavimət göstərmədiyini bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X3 məhkəmədə göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 06:30 radələrində Binə qəsəbəsi, Südçülük Sovxozunda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə gətirilərək izahatı alınmışdır. Şəxs izahatında polisin qanuni tələbinə əsəbi olduğu üçün tabe olmadığını bildirmişdir. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında raportu tərtib etmiş, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməliyyat müfəttişi X4 məhkəmədə göstərdi ki, xx.xx.2021-ci il traixdə xidmət apardığı inzibati ərazidə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq bir nəfər şübhə doğurduğu üçün ona yaxınlaşıb özlərini təqdim etdilər. Üzərində hər hansı bir sənəd olub-olmaması soruşmuş, onlara bildirildi ki, onun üzərində heç bir sənəd yoxdur. Şəxsiyyətini müəyyən etmək üçün onlar onu 30-cu PŞ-nə dəvət etdilər. Bu zaman onlara qarşı kobudçuluq edərək, qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar həmin şəxsi çətinliklə Polis Şöbəsinə gətirmişdir. O, Polis Şöbəsində özünü Şəxs kimi təqdim etdi. Həmin şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə, saat 06:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X3 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – xx xxxxx 2021-ci il tarixdən, saat 06:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilsinsin və onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxx 2021-ci il tarixdən, saat 06:30dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar