Məhkəmə qərarları › İş №3(010)-565/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-565/2021

10.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-565/2021 10.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxx 2021-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz ev ünvanında yerləşən vətəndaş X3 məxsus bağ evindən 2 ədəd plastik pəncərə və 50 m uzunluğunda elektrik naqilini oğurlanmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə Hövsan bağlarında gəzərkən tanımadığı bağ evin həyətinə boylanmış, həyətdə heç kəsin olmadığına görə həyətə tullanmış və həyəti gəzərkən həyətdə iki plastik və həyətdə olan bir xeyli elektrik naqilini götürmüşdür. Elektrik naqilini əridərək metal qəbulu verdiyini, iki plastiki isə həyətinə apararaq dəmir yığan maşına 50 manata satdığını bildirmişdir. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə rəisi X4 məhkəmədə göstərdi ki, X5 xx xxxx 2021ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində yerləşən bağ evinə gələn zaman görmüş ki, naməlum şəxslər sözügedən bağ evinin həyətinə daxil olaraq 2 ədəd plastik pəncərəni və 50 metr uzunluğunda olan elektrik naqillərini oğurlayaraq ona 450 manat dəyərində maddi ziyan vurmuşlar. Bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində oğurluq etmiş şəxsin Şəxs olduğu müəyyən edilmiş, lakin Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın sürəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin təhqiqatçısı Emin Məmmədovun xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməliyyataxtarış tədbirlərinin davam etdirilməsi, əməli törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin aidiyyəti əməkdaşına verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Mirzəzadə Afiqin xx xxxxx 2021-ci il tarixli raportundan görünür ki, xx xxxx 2021-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşayan 1989-cu il təvəllüdlü X6 tərəflərindən yaşadığı evin yaxınlığında saxlanılaraq PŞ-nə gətirilmişdir. PŞdə Şəxsla profilaktik söhbətlər aparılan zaman o bağlar massıvində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin məişət əşyalarının oğurladığını səmimi etiraf etmişdir. İş materiallarında olan X2 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində verdiyi izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə Hövsan bağlarında gəzərkən tanımadığı bağ evin həyətinə boylanmış, həyətdə heç kəsin olmadığına görə həyətə tullanmış və həyəti gəzərkən həyətdə iki plastik və həyətdə olan bir xeyli elektrik naqilini götürmüşdür. Elektrik naqilini əridərək metal qəbulu verdiyini, iki plastiki isə həyətinə apararaq dəmir yığan maşına 50 manat satdığını etiraf etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, X2 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Bundan başqa, iş materiallarında olan xx xxxxx 2021-ci il tarixli, AZA seriyalı, 009027 nömrəli inzibati qaydada tutuma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 17:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edildiyinə görə inzibati qaydada tutulmuş, Şəxs məhkəmə iclası zalında dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclası zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar